Həyatını Dəyiş

0
4389
Həyatını Dəyiş

Daha gözəl, rahat , sakit, qüsursuz həyat istəyirsinizsə mütləq oxuyun.

1. Bir şey haqqında çox düşünürsünüzsə, bu artıq hərəkətə keçməyin tam zamanı olduğunu göstərir. Bir saniyə belə itirmədən fəaliyyətə başlayın.
 
2. Əgər beyninizdən keçirdiyiniz şey bir deyil ikidirsə, o zaman asana qaçmayın. Sadə deyil, mürəkkəb olandan başlayın. Çünki bu sizin daha çox təcrübəyə sahib olmağınıza kömək edəcəkdir. Bacarıqlarınızı kəşf edin və bunu sona qədər göstərin.
 
3. Yeni bir şey etmək fikrindəsinizsə, onu böyük bir həvəslə, böyük bir istəklə görün. Etdiyiniz hər bir işin mənfi yanlarından daha çox səmərəli tərəflərini görməyə çalışın.
 
4. Özünüzü etdiyiniz səhvlərdə günahkar bilməyi və yaxud ağlayıb-sızlanmağı bir kənara qoyun. Əsas odur ki nəticə çıxartmağı bacarasınız. Bunlar hamısı bir təcrübədir.
 
5. Hər şeyə nəzarət etməyi bir kənara qoyun, bəzi şeylər sizin əlinizdə deyil. Sadəcə hər şeyin dadını çıxarmağa çalışın. Çox fikirləşmək insanı yorar və hər andan zövq almağa imkan yaratmaz.
 
6. Əgər biri sizə qarşı pis davranışlar nümayiş etdirirsə, bu o demək deyil ki siz də ona qarşı eyni şəkildə davranmalısınız. Unutmaq lazım deyil ki, hər kəsin xarakteri nədirsə, davranışları da odur. Siz də öz davranışlarınızı qarşınızdakına görə dəyişib müsbət tərəflərinizi itirməyin.
 
7. Heç vaxt başqalarının həyatına, əllərində olan şəraitə baxıb həsəd aparmayın. Bu heç də yaxşı bir xüsusiyyət deyil. Bunun əvəzində özünüzü təkmilləşdirin və həmin şəraiti özünüz-özünüzə yaradın. Unutmayın, istəsəniz hər şeyi bacararsınız.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN