Qorxularımız...

0
6600
Qorxularımız...

Bir hind nağılına görə, pişik qorxusu ilə həyəcan içində yaşayan bir siçan vardı. Sehirbazın birinin siçana yazığı gəlir və onu pişiyə çevirir. Siçan, pişik olduğu üçün son dərəcə xoşbəxt olacağı yerdə bu dəfə də itdən qorxmağa başlayır. Sehirbaz növbəti dəfə onu bir aslana döndərir. Aslan olan it sevinməkdənsə ayıdan qorxmağa başlayır. Sehirbaz görür ki, nə etsə də siçanın qorxusunu yenə bilmir və onu əvvəlki halına qaytarır...

Və deyər ki, ”sən cəsarətsiz və qorxaq birisən. Səndə sadəcə bir siçanın ürəyi var. Ona görə də mən sənə yardım edə bilmərəm.”
 
Şekspir bu mövzuda belə deyib: insanların çoxu itirməkdən qorxduğu üçün sevməkdən qorxur... Düşünməkdən qorxur, məsuliyyət gərəkdirdiyi üçün... Danışmaqdan qorxur, bəyənilməməkdən qorxduğu üçün... Yaşlanmaqdan qorxur, gəncliyinin qiymətini bilmədiyi üçün. Unudulmaqdan qorxur, dünyaya yaxşı bir şey vermədiyi üçün... Və ölməkdən qorxur, əslində yaşamağı bilmədiyi üçün... 
 

ŞƏRH YAZIN