İstifadə Etdiyimiz Sözləri Diqqətlə Seçməyi Bacarırıqmı?

0
2812
İstifadə Etdiyimiz Sözləri Diqqətlə Seçməyi Bacarırıqmı?

Sözün nə qədər əhəmiyyətli olduğunu, Tanrıdan gələn güc olduğunu bilmək üçün "Öncə söz (kəlam) vardır" ayəsini xatırlamağımız kifayətdir. "Tanrı sözdür, Söz Tanrıdır". Sözlərimiz bizə Tanrının hədiyyəsidir.

Yaradıcı gücümüzü sözlə ifadə edərik. Hər şeyi söz vasitəsiylə həqiqətə qovuşdurarıq. Hansı dili danışırıqsa danışaq, fikirlərimizi, niyyətimizi sözlərlə ifadə edirik. Söz yalnız bir səs və yazı rəmzi deyil. Sözlə özümüzü ifadə edir və ünsiyyət qururuq. Sözlə düşünür və hesab etməkdə istifadə etdiyimiz sözlərlə həyatımızdakı hadisələri yaradırıq.
 
Söz bir sehr vasitəsidir. Amma iki tərəfi kəskin bir qılınca bənzəyir. Gözəl bir yuxu da yarada bilər, ətrafımızdakı hər şeyi məhv edə də bilər. Pisə istifadə etmək Qara sehrdir, Cəhənnəmi yaradır. Yaxşıya istifadəsi Ağ sehrdir, gözəllik, sevgi və Cənnəti yaradır. İllərlə əvvəl Almaniyada bir adam, sözün gücünü istifadə edərək, xalqın qorxularını hərəkətə keçirdi və ölkəni Dünya müharibəsinə saldı. Çox sayda insanı dəhşətli ölçülərdə zor tətbiq etməyə razı etdi.
 
İnsan zehni, davamlı olaraq toxumlar əkilən bir torpaq kimidir. Toxumlar, düşüncələr, fikirlər və anlayışlardır. Söz toxum kimidir. Onu çox səmərəli olan insan beyninə əksəniz, asanlıqla böyüyəcəkdir. Diqqət ediləcək məsələ, sözlərimizin xarakteri, yəni oraya nə cins bir toxum əkdiyimizdir.
 
Hər insan bir sehrbazdır. Sözlərimizlə bir insana sehr də edə bilərik, onu sehrdən azad da edə bilərik. Məsələn, bəzən bir dostumuza rast gəlir və ağlımıza gələn ilk fikri ona deyirik. Ona, "Üzündəki rəng, xərçəng olacaq insanların üzündəki rəng kimidir" desək və yoldaşımız sözümüzə inansa, sözümüzlə müqavilə imzalamış olur. Və bir ildən daha az müddətdə də xərçəngə yaxalanıb ölə bilər. Bu sözün gücüdür.
 
Təlim-tərbiyə prosesində valideynlərimiz, bacı-qardaşlarımız və yaxınlığımızdakı insanlar, bizimlə bağlı fikirlərini, düşüncəsizcə danışdılar. Biz bu fikirlərə inandıq və bağlı qorxularla yaşadıq. Bizə üzgüçülükdə, idmanda, musiqidə və yazmada yaxşı olmadığımızı deyəndə, bunlara həmişə inanmışıq və bu günlərə beləcə gəldik. Bir söz beynimizə bir toxum kimi girə və bütün inam sistemimizi yaxşıya və pisə doğru inkişaf etdirə bilər.
 
Sözlərimizin günahsız olması çox əhəmiyyətlidir. İlk müqaviləni sözlərimizlə etməliyik. Öz varlığımızın əleyhinə hiss etdiyimiz, inandığımız, gördüyümüz hər şey günahdır. Hər hansı bir şey üçün özümüzü saydığımız, mühakimə etdiyimiz zaman, özümüzə qarşı günah etmiş olarıq.
 
Günahsız olmaq bunun tam əksidir. Sözlərimizdə günahsız olmaq, sözləri özümüzə qarşı istifadə etməkdir. Biri sizə "Axmaq" deyərsə, zahirən bu sözü sizə qarşı istifadə edilmişdir. Halbuki, həqiqətdə bu sözü özünə qarşı istifadə etmişdir. Çünki sizə "axmaq" dedikdə ondan nifrət edirsiniz. Sizin ondan nifrət etməyiniz, şübhəsiz, onun üçün yaxşı ola bilməz.
 
Bu səbəblə biri sizə qəzəblənib, zəhərini sözləri ilə axıtdığında, istifadə etdiyi pis sözü özünə qarşı istifadə etmiş olur. Bir davranış (xarici və ya daxildən), bir söz, bənzərini yaradır. Təhqir edənə təhqir edilir, sevən sevilir, eqoizm edənə eqoizm edilir. Sözlərinizi birinin üzərində sehr etmək üçün istifadə etsəniz, siz də onun sehrini üzərinizdə hiss edirsiniz.
 
Sözləri diqqətli bir seçmə qabiliyyəti istifadə etmək, "Günahsız" sözlər işlətmək, enerjinin düzgün istifadə edilməsidir. Bu enerjinizi sevgi yaradacaq şəkildə istifadə etmək deməkdir. Özünüzlə "sözünüzdə günahsız olmaq" üçün bir müqavilə etməyə niyyət etməyiniz belə, içinizdə toplanmış olan duyğusal zəhərdən xilas olmağınıza çatacaqdır. Ancaq bu müqaviləni etmək çətindir. Çünki biz tam əksi bir şəkildə davranmağı öyrəndik. Adətən sözü fərdi zəhərini axıtmaq üçün istifadə edirik - əsəbimizi, qısqanclığımızı, gözü götürməməzliyimizi və nifrətimizi ifadə etmək üçün.
 
İnsan daim onunla danışan bir varlıqdır. Çoxu dəfə özümüzlə belə danışarıq;
 
"Çox kök görünürəm.. Çirkinəm.. Ağılsızam.. Yaşlanıram.. Saçlarım tökülür.. Heç vaxt kifayət qədər yaxşı ola bilmiyəcəm... Bacarıqsızam.. və s." Məhz bu sözü özümüzə qarşı istifadə etmək, günah işləmək, özümüzə qara sehr etməkdir.
Elə bu səbəbdən də özümüzlə aparacağımız birinci müqavilə söhbətlərimizdə günahsız olmaqdır.
 
Sözlərimizi diqqətlə seçməli və sevgimizi bölüşəcək şəkildə istifadə etməliyik. Məqsədimiz nə olursa olsun, onu ifadə edərkən istifadə etdiyimiz sözlərin bir sehr vasitəsi olduğunu, gücü olduğunu heç zaman ağlımızdan çıxartmamalıyıq. Söz vasitəsini istifadə edərkən, vasitələrin məqsəd qədər əhəmiyyətli, bizim və həmsöhbətlərimiz üzərində təsiredici, dəyişdirici bir funksiyaya sahib olduğunu unutmamalıyıq.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN