Uşaqlarda motivasiyanı necə təmin edək?

0
4459
Uşaqlarda motivasiyanı necə təmin edək?

Valideynlərin və müəllimlərin ən çox düşündükləri mövzulardan biri də uşağın diqqətini və motivasiyasını təmin edə bilməməkdir. Bu tip uşaqlarda bəzi hallarda heç bir şeyə motivasiya olmur. Bəziləri isə yalnız müəyyən vəziyyətlərdə motivasiya nümayiş edirlər.

Motivasiyalı olma vəziyyəti, impuls və ehtiyac kimi fərdi fərqliliklərdən böyük dərəcədə asılıdır. Uşaq bəzən məktəbdə öyrəndiyi dərsləri axmaq hesab edərkən, evdə ensiklopediyadan öyrənmək istədiyi şeylərə qarşı mükəmməl bir motivasiya göstərə bilər. Bu tip uşaqlar ehtiyacları olanı almaq istər və geri qalanını rədd edərlər. Bəzi uşaq dərsləri tamamilə rədd edərkən, digər vasitələrlə mükəmməl bir motivasiya təmin edə bilərlər.
 
Motivasiya nisbi bir anlayış olmaqla birlikdə o ankı ehtiyacları aradan qaldırmaqla da bağlıdır. Valideynlər uşaqlarına 2 ay müddətində "irəlidə nə olmaq istəyirsən?" sualını verməlidirlər. Çünki uşaq verilən cavabından da aydın olacağı kimi dərslərinin irəlidə müvəffəqiyyət təmin edə biləcəyi ehtimalını ümumiyyətlə düşünməməkdədir.
 
İstər uşaq istər yetkin olsun, insanlar motivasiyanı 2 formada yaşayarlar. Bunlardan biri xarici, digəri isə daxili motivasiyadır. Xarici motivasiyada müvəffəqiyyətsiz olan uşaq müvəffəqiyyətsiz olma vəziyyətini ekoloji faktorlara bağlayır. Bu vəziyyətdə uşağa görə müəllim onunla prinsip aparır, imtahanda qələminin mürəkkəbi qurtarmış, qələm tapa bilməmişdir, o gün əhvalı aşağı imiş, başı ağrıyırmış və s. Daxili motivasiyada isə uşaq müvəffəqiyyətsiz vəziyyətini tamamilə özünə bağlayır. Belə bir vəziyyətdə uşaq lazımi qədər işləmədiyini və kifayət qədər istəkli davranmadığını özünə etiraf edər.
 
Xarici motivasiya uşağa müvəffəqiyyət təmin edə bilməkdə çox da sağlam bir üsul deyil. Çünki uşaq müvəffəqiyyət və ya müvəffəqiyyətsizliyin səbəblərini davamlı olaraq özündən başqa faktorlarda axtarar. Daxili motivasiyada isə uşaq özünün fərqindədir və özünü inkişaf etdirmək üçün əlindən gələni edər, bu da onun motivasiyanın yüksəlməsinə yardım edər. 
 
Uşağa hər müvəffəqiyyətli olduğu anda nağd pul, hədiyyələr kimi konkret həvəsləndiricilər verən ailə, uşağın daxili motivasiyasından çox xarici motivasiyasının inkişafına öz töhfəsini verirlər. Bu kimi vəziyyətlərdə uşaq müvəffəqiyyətli olma səbəbini xarici faktorlara bağlamağa başlayır. Artıq uşaq üçün bacarmanın deyil, hədiyyəni qazanmanın əhəmiyyəti vardır. Bu səbəblə daha çox kiçik yaşlardan uşağın daxili motivasiyasını inkişaf etdirməsinə köməkçi olmaq lazımdır. Bu kimi vəziyyətlərdə maddi imkanlardan çox, mənəvi imkanlar mükafatlandırma olaraq istifadə edilməlidir.
 
" Uşaqların məktəb mühitində motivasiyasını necə təmin edə bilərik?"
 
Əvvəldən də bəhs edildiyi üzrə, xüsusilə uşaqlarda motivasiya fərdi ehtiyaclara bağlıdır. Uşaq məktəbdə hər gördüyü məlumatı öyrənmək istəməyə bilər və ya çox şey ona darıxdırıcı gələr, öyrənməyi tamamilə rədd edər.
 
Bu tip vəziyyətlərdə motivasiyanı təmin etmək məqsədi ilə 1970-ci ildə yaradılan Jigsav (Jigsaw) modeli təhsil şəkli indiki vaxtda hələ də istifadə edilməkdədir. Bu modeldə müəllim şagirdləri 5-6 nəfərlik qruplara ayırır. Hər qrupa həm öz içlərində, həm də fərdi olaraq vəzifələr verir. Bu şəkildə hər uşaq istədiyi mövzunu ətraflı bir şəkildə öyrənmiş və yoldaşlarıyla bölüşmüş olur. Bu tip təhsil formasında uşaq eyni zamanda öz mövzusunu sinifdəkilərə də öyrətməyə çalışır. Bu, həm uşağın motivasiyasını artırır, həm də motivasiyası artmış olan uşaqda digər mövzulara qarşı da maraq oyanar. Uşaqlar ümumiyyətlə sinifdə bir sualı bilmədikləri halda yoldaşlarına və müəllimlərinə qarşı xəcalətli olmaqdan qorxarlar. Jigsav modeli qrupla və daha sonra siniflə paylaşılan vəzifələr daxildir, çünki uşaq həm xəcalətli olmamaq, həm də öz qrupunu xəcalətli etməmək məqsədiylə daha çox çalışar və motivasiyası yüksələr.
 
Müəllimlərə təkliflər
 
Müəllimlər sinifdəki motivasiyanı artırmaq məqsədiylə keçmişdən bəri davam edən “müəllim mərkəzli” təhsil formasını bir kənara qoyub, həm müəllim, həm də tələbələrlə interaktiv bir şəkildə ünsiyyət içində olduqları modelə keçmələri yaxşı olar. Müəllim mövzunu izah edərkən şagirdləri də buna daxil etməli, maraqlı mövzular seçərək bunu nümunələrlə hətta mümkünsə yumorla izah etməlidir. Müəllim eyni zamanda, bir mövzunun əksini müdafiə edərək bir müzakirə sahəsi yaradıb şagirdlərlə “beyin fırtınası” edə bilər. Bu kimi vəziyyətlər tələbələrdə, şagirdlərdə maraq oyadar və onların motivasiyasını yüksəldər. 
 
Ailədaxili vəziyyətlər
 
"Həyat yoldaşım və mən tez – tez  mübahisə edirik. Bu uşağımızın motivasiyasına təsir edirmi? "
 
Şəxsi faktorlarla bərabər, uşaqda motivasiyanı təmin edən faktorlardan biri də sağlam bir ev mühitidir. Əgər uşaq evdə davamlı valideynlər mübahisələrinə, yalnızlığa və narahatlığa məruz qalırsa başqa heç bir şeyə diqqətini verməyə bilər və ümumiyyətlə də vermək istəməz. Çünki, uşaq üçün əhəmiyyətli olan ana – atasının xoşbəxt olması və bu vəziyyətdə özünün də dinclik tapmasıdır. Bu səbəblə, ana və atalar bir mübahisəni və ya anlaşılmazlığı uşağa yansıtmamalıdırlar. Əks etdirdikləri zaman isə uşaqla bu vəziyyət haqqında danışmalıdırlar. Əgər uşaq həm narahat bir mühitdə yaşayıb, həm də hadisələrdən bixəbər buraxılsa, getdiyi hər yerdə bunu düşünməyə başlayar, diqqətini toplaya bilməz və motivasiyası da aşağı olar.
 
Həll yolları
 
Uşaq əgər heç bir şeyə motivə ola bilmir və ya müəyyən şeylərə motivə olmaqda çətinlik çəkirsə və bu vəziyyət həyatını çətinləşdirirsə bir psixiatr və psixoloqdan kömək almalıdır. Bu tip vəziyyətlərdə uşaq, ailə və müəllim bir arada çalışmalıdır. Çünki, ailə ilə məktəbdə tətbiq olunan nizam – intizam bir-birindən çox uzaq olmamalıdır. Əgər tamamilə fərqli prinsiplər tətbiq edilərsə uşaq tərəddüd içində olar və motivasiyasını tamamilə itirə bilər. Müalicə müddətində uşağın motivə olmamasının səbəbləri araşdırılır, həm ailənin, həm də müəllimlərin necə bir mühit yarada biləcəyi müzakirə edilər.
 

ŞƏRH YAZIN