Sakit Bir Beyinə Sahib Olun

0
3553
Sakit Bir Beyinə Sahib Olun

Hər zaman insanların ən böyük nailiyyətlərinin səbəblərindən biri beyin sakitliyi olub. Rahat , sakit, hüzurlu bir beyinə sahib olan şəxs  seçim etməkdə çətinlik çəkmir,həmişə doğru qərar verməyi bacarır . Bu tövsiyyələrlə sizdə arzu etdiyiniz sakit bir beyinə qovuşa bilərsiniz.
 
1) Bəzi zamanlarda hansı söhbətdə özümüzün haqlı və ya haqsız olduğumuzu axtararkən mənfi düşüncələr içində itib-batırıq.Bu səbəbdən də bu kimi düşüncələrdən uzaq durmaq lazımdır.Ümumiyyətlə haqlılıq və haqsızlıq söhbətini yadınızdan çıxartsanız yaxşı olar.  
 
2) Özünü günahkar hiss etmək beyninizdəki hüzuru yox edəcək bir xüsusiyyətdir. Həmçinin insana mənəvi cəhətdən də çox pis təsir edən bir şeydir.Bunu dərk edin ki keçmişdəki səhvlərinizi nə etsəniz də dəyişdirə bilmərsiniz.Əsas bundan sonrakı həyatınızda səhv etməməyə çalışın.Əsas gələcəkdir.Gələcəyi düşünün.
 
3) Özünüzə haqq qazandırın. Hər zaman günahkar olan siz deyilsiniz unutmayın.Yeri gəldiyində özünüzü bağışlamağı, haqq qazandırmağı da bacarın.Bunu etdiyiniz zaman , beyniniz rahatlıq tapacaqdır. 
 
4) Bağışlayın. İnsanları bağışlamağı bacarın.Bağışlamaq beyni sakitləşdirməkdə çox böyük rol oynayır. Bu həmçinin sizin özünüzə də çox yaxşı təsir edəcək.Bu bütün günü çalışan beyniniz üçün böyük bir ərməğan olacaq. 
 

ŞƏRH YAZIN