Şəxsi Inkişaf Nədir?

0
14263
Şəxsi Inkişaf Nədir?

Şəxsi inkişaf nədir?

Şəxsi inkişaf, insanın özünü tanımasını, nöqsanlarını aşkar edib, müəyyən olunan hədəflərə çatmasını qarşısına məqsəd qoyan və insanı motivasiya edərək məqsədinə yaxınlaşdıran texnikalar və strategiyalar toplusudur.
 
Şəxsi inkişafın məqsədi nədir?
 
Şəxsi inkişaf, ilk baxışda insanın başqaları ilə münasibətlərini tənzimləmə məqsədi daşısa da, əsasında insanın xoşbəxtliyini və iç dincliyini qarşısına məqsəd qoymuşdur. Şəxsi inkişaf, insan oğlunun mənfi duyğularını, düşüncələrini, inanclarını və qərəzlərini, müsbət duyğu, düşüncə və inanclara çevirməyi, qərəzləri yox etməyi qarşısına məqsəd qoyur.
 
Bütün şəxsi inkişaf kitabları, şəxsi inkişaf videoları, şəxsi inkişaf yazıları, şəxsi inkişaf seminarları və şəxsi inkişaf filmləri, şəxsi inkişaf saytları insanların düşüncə tərzlərini dəyişdirərək, həyatlarını çox daha gözəl şəraitdə davam etdirməsini və xoşbəxtliyə çatmasını qarşısına məqsəd qoyur.
 
Bəs qısaca şəxsi inkişaf nədir? Şəxsi inkişafın qaydaları nələrdir? Buyurun qısa  qeydlərlə şəxsi inkişaf nədir baxaq.
 
1. Hər gün mütləq 10 dəqiqə kitab oxuyun.
 
2. Yeni bir dil öyrənin.
 
3. Həftəlik məşq və idman rejiminiz olsun.
 
4. Uğura çatmaq üçün 5 illik hədəf müəyyənləşdirin və addım-addım irəliləyərək, 5-ci ilin sonunda bu hədəfinizi reallaşdırmağı qarşınıza məqsəd qoyun.
 
5. Hər həftə (ay) pis bir vərdişinizi tərk edin.
 
6. Mənfi enerjiyə malik və hər şeyin mənfi tərəfinə baxan insanlardan uzaqlaşın.
 
7. Televizor izləməyi buraxın.
 
8. Zaman-zaman, dərslər çıxarmaq üçün keçmişə səyahətə çıxın.
 
9. Özünüzə yeni xobbilər yaradın.
 
10. Çətin insanlarla başa çıxmağı öyrənin.
 
11. Nöqsanlarınızı və əksik cəhətlərinizi müəyyən edib, yoluna qoyun.
 
Şəxsi inkişaf, ömür boyu davam edən bir prosesdir. İnsanın dəyər tənqidinə və həyat məqsədinə uyğun bir şəkildə ömrü boyu özünü inkişaf etdirmək istəməsi, mənfi duyğu və düşüncələrindən xilas olub, müsbət duyğu və düşüncələr dənizinə yelkən açmağı qarşısına məqsəd qoyması, əlbəttə, təqdir edilməli olan gözəl bir mövqedir. Şəxsi inkişaf, doğumla başlayıb, ölümə qədər davam edən uzun bir yoldur.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN