Bu vərdişlər zehni potensialınızı aşağı salır...

0
5250
Bu vərdişlər zehni potensialınızı aşağı salır...

Gün içində etdiyimiz bəzi vərdişlər həyatımıza, dolayısıyla da zəkamıza təsir edir. Zehni təsiri altına alan gündəlik vərdişlər nələrdir və insana necə təsir edir?

1. Doymuş yağ, koqnitiv elastikliyi azaldır:
Edilən araşdırmalar, yüksək yağ və yüksək şəkər məzmunlu bəslənmə tərzinin idrak elastiklik səviyyəsində diqqətə çarpan bir zərərə səbəb olduğunu göstərir. Koqnitiv elastiklik, dəyişən vəziyyətlərə uyğunlaşma qabiliyyətini ifadə edir. Aparılan araşdırma çərçivəsində təcrübə siçanlarının bir qisiminə normal qidalanma, bir qisiminə yüksək yağ məzmunlu bəslənmə, bir qisiminə isə yüksək şəkər məzmunlu bəslənmə tətbiq olundu. Dörd həftənin sonunda isə yüksək yağ və yüksək şəkər məzmunlu bəslənmə nizamı tətbiq olunan siçanların zehni və fiziki performansında diqqətə çarpan itkilər yaşandığı müşahidə edildi.
Yəni, qanındakı şəkər səviyyəsi yüksək olan kəslərdə yaddaş problemlərinə daha tez rast gəlinir.
 
2. Multimedia mühitində bir neçə vəzifəyə fokuslanmaq beyni kiçildir:
Eyni anda kompüter, telefon və başqa alətlərdən istifadə beynin ciddi nisbətdə kiçilməsinə səbəb ola bilir. Neyroloqlar ilk dəfə, birdən çox vasitə istifadə edən kəslərin beyninin davranış və romantik idarədən məsul bölgəsindəki boz maddənin azaldığını təsbit etdi. Oyun oynayarkən musiqi dinləmək, telefonla danışarkən televiziya seyr etmək və ya eyni anda qəzet oxumağa çalışmaq bu kimi nəticələrə səbəb ola bilər.
 
3. Axtarış panelindən istifadə sizi düşündüyünüzdən daha ağıllı hiss etdirər:
Edilən yeni bir araşdırma, internetdən axtarış edən kəslərin, sandıqlarından daha çox şeyi bilirmiş hissinə qapıldıqlarını göstərir. Üstəlik tapdığınız cavab, həqiqətən axtardığınız problemin cavabı olmaya da bilər.
 
4. Çox şəkər istehlakı yaddaşa zərər verir:
Neurology jurnalında nümayiş olunan bir araşdırmaya görə qanındakı şəkər səviyyəsi yüksək olan kəslərdə yaddaş problemlərinə daha tez rast gəlinir. Araşdırmanı icra edənlər, qanındakı şəkər səviyyəsi normal olan ancaq yenə də yaddaş problemi yaşayan insanların belə bu problemin öhdəsindən gələ bilmək üçün şəkər nisbətini aşağı endirə biləcəklərini ifadə edir.
 
5. Mütəxəssislər zənn etdiklərindən daha az şey bilir:
Bir qrup psixoloq etdikləri bir araşdırmada, insanlar bir mövzu haqqında nə qədər məlumatlı olduqlarını söylədikcə, mütəxəssislərin önə sürdükləri iddiaların tutarlılığının da azaldığını təsbit etdi.
 
6. Qeyri-kafi yuxu, düşünmə qabiliyyətini yox edir:
Yetərsiz yuxu, düşünmə qabiliyyəti üzərində ciddi bir dağıdıcı təsir yaradır. Yuxusuz qalan bir beynin qısamüddətli və uzunmüddətli yaddaş üçün daha çox çalışması lazımdır. Diqqət və planlaşdırma qabiliyyəti zəifləyir, yeni strategiyalar yaratmaq çətinləşərkən yalnız vərdişləri təqib etmək asan bir hal alır. Yuxusuzluq, başqalarının duyğularını anlama qabiliyyətini belə zəiflədir.
 
7. Fiziki tükənmişlik zehni performansa mənfi təsir edir:
Yorğunluğun səbəbi fiziki və zehni stress ola bilər. Aparılan bir araşdırmaya görə, beynin planlaşdırma və nəzarət mərkəzi olan prefrontal korteks (qabıq), fiziki və zehni fəaliyyət əsnasında ayrılır. Bu da fiziki və zehni vəzifələrin, beynin yorulmasına necə təsir etdiyini göstərir.
 

ŞƏRH YAZIN