Xoşbəxtliyiniz 12 addımda..

0
2058
Xoşbəxtliyiniz 12 addımda..

Xoşbəxt olmaq üçün daha nə edə bilərik? Günü gündən daha çətin olan, stressli, gərgin, bir həyatda necə xoşbəxt olmaq olar? 

ABŞ-ın Kornelli Universitetinin mütəxəssisis Karl A.Pillemer minlərlə insan arasında apardığı araşdırma-sorğudan sonra xoşbəxt olmaq üçün 12 addımı müəyyən edib. Bundan sonra o "Həyatla bağlı 30 dərs: Amerikalılarla sınanmış və gerçək tövsiyyələr" adlı kitabını dərc edib.
 
Kitabda yer alan 12 addımı oxucularla paylaşırıq.
 
1. Özün kimi bir insanla evlən
Fərqli fikirli, düşüncəli, müxtəlif həyat tərzi keçirən cütlüklərin evliliklərini çətinliklə davam etdirdiyi bəlli olub. Cütlüklər çox cəhətdən fərqli ola bilərlər, ancaq onların ortaq düşüncələri, fikirləri, maraqları mütləq olmalıdır.
 
2. Bədəninin qədrini bil
Ölümdən qorxma. Siqaret çəkənlər, içki içənlər, hərəkətsiz həyat tərzi keçirənlər çalışın bu gedişatı dəyişin. Bunu uzun ömür yaşamaq üçün deyil, ahıl yaşında daha keyfiyyətli həyat yaşamaq üçün edin.
 
3. Yaxınlarınızla əlaqədə olun
Yaxınlarınız, qohum-əqrəbalarınızla yaxın olmaq üçün hədəflər müəyyən edin. Özünüzlə, yaşayış yerinizlə bağlı plan quranda ailə böyüklərinizi də unutmayın.
 
4. İnsanların gözlərinə baxın
Vicdan əzabından azad ol. Tez-tez bu sözü özün üçün təkrar et "Dürüstlük". Çalışın hamının güvənini qazanan dürüst, heysiyyatlı insan olun, yoxsa peşman olarsınız.
 
5. Fürsətlərə açıq olun
Hər cür çətinliyə hazır olun və fürsətləri dəyərləndirin. Sübut edilib ki, iş həyatında xoşbəxt olanlar lazımı anda risk etməyi bacaranlardır.
 
6. Daha çox səyahət et
Vaxtınız varsa və qarşısında dayanan bir maneə yoxdursa, tez-tez səyahət edin. Səyahət dünyagörüşünü zənginləşdirir, yeni hədəflərə çatmağa kömək edir.
 
7. Sevginizi nümayiş etdirin
İnsanı itirəndən sonra onu nə qədər çox sevdiyinizi deməməyinizə peşman olmamaq istəyirsinizsə tələsin. Vaxt var ikən ona sevginizi ifadə edin və gül verin.
 
8. Uşaqlarla zamanınızı bölüşün
İdman etmək, balıq tutmaq kimi hobbilərinizi uşaqlarla birgə edin. Uşaqlarınızın yadında qalacaq ən gözəl şey birlikdə keçirilən maraqlı anlar olacaq.
 
9. Gənclərlə razılıq əldə edin
Valideynlərlə yeniyetmə uşaqların arasında olan məsafələr sonradan problemlərə yol aça bilər. Bunun üçün də yaranmış narazılıqları yerində həll etməklə gənclərlə razılıq əldə etməyə, ortaq məxrəcə gəlməyə çalışın.
 
10. Sahib olduqlarınızın qədrini bilin
70-80 yaşına çatmaq hər insana qismət olmur. Bu yaşa çatanlar həyatın qədrini çox yaxşı bilirlər. Gənclər üçün də bu belə olmalıdır. Hər yaşın qədrini bilin, yoxsa həyatınız gözləməklə keçəcək.
 
11. Azad ol
Həyatda iki şey bir-birini tamamlamalıdır - məqsəd və azadlıq. Bəzən bu amillərin ikisini də eyni anda yaxalamaq çətin olur. Bu zaman insanda bədbinlik yaranır.
 
12. Yaşlanmaqdan qorxma
Düzdür, yaş artıqca insanın hərəkətlərində yavaşlama olsa, cəldlik itsə də, bunun da öz gözəlliyi var. 
 

ŞƏRH YAZIN