NLP ilə Effektiv Ünsiyyət

0
7433
NLP ilə Effektiv Ünsiyyət

Ünsiyyət qurduğumuz zaman istənilən effekt alınmırsa, çoxlarımız alınan nəticədən qarşı tərəfi məsul tutmağa meyilliyi oluruq: "Məni heç dinləmədi belə", "O, başqa cür düşünür " və s. Lakin çox zaman unuduruq ki, hislərimizi, münasibətlərimiz və inanclarımızı (fərdi xəritəmizi), sözlərdən çox, səs tonumuz və bədən dilimiz ələ verir. Bütün bunlar ünsiyyətin ayrılmaz tərkib hissələridir.

Alternativ bir yanaşma kimi - nəticəni (nə olursa olsun) sadəcə informasiya olaraq dəyərləndirmək, sonra isə istənilən təsiri əldə olunana qədər lazım gələrsə, davranışımızı elastik etməliyik. Bu ünsiyyət zamanı yaranmış gərginliyi, həyəcanı aradan qaldırar, beləliklə də, bütün diqqətimizi əldə etmək istədiyimiz nəticəyə çatma üzərində cəmləşdirməyimizi təmin edəcək. Bu üsulun ünsiyyət quran insanın çiyinlərinə bir məsuliyyət yükləməsinə baxmayaraq, ən azından sərf olunan əməkləri boşa çıxarmayacaq. Sonda niyyətimizi həyata keçirərik. Ünsiyyət prosesi bu məqsədimizə çatmağımız üçün yalnız bir vasitədir, lazım gələrsə dəyişdirilə yaxud son verilə bilər. Amma ünsiyyətə verə biləcəyiniz başqa bir məna isə onun bir investisiya olduğudur. Çünki "mənfi əlaqə vasitələri" ilə öyrənəcəklərimiz gələcək dəyərlərimizi yaradacaq. Buna görə də dəyişməyə istəkli olun. Əgər hər dəfə eyni şeyləri edib, fərqli nəticələr gözləsəniz bu, axmaqlıq olardı!
 
NLP - bizim əsas fikrimizi düzgün çatdırmağımızı və bizi nəticəyə aparacaq ən lazımlı şeyi söyləməyimizi təmin edər. Qısa zaman ərzində mükəmməl ünsiyyət qurmağı və hədəfimizə çatmaq üçün fəal olmağın yollarını öyrənərik. Ünsiyyətə bu cür yanaşmağımız bizim işimizi asanlaşdırar və çoxlu alternativlər təklif edər. Bununla da, ünsiyyətin keyfiyyətini bizdən fərqli düşünən və ya fərqli şeylərə inanan insanların düşüncəsinə buraxmarıq. Amma bununla yanaşı, hədəfə çatmaq üçün etdiyimiz hərəkətlərin məsuliyyəti öz çiyinlərimizə yüklənər. Unutmayaq ki, özümüzü dəyişdirməmiz ətrafdakıları dəyişdirməkdən daha asandır!
 

ŞƏRH YAZIN