Steve Jobsdan Maraqlı Fikirlər

0
9161
Steve Jobsdan Maraqlı Fikirlər

Hərdən çöldə məndən pul istəmək və yaxud Iphone-u necə xoşladıqlarını demək üçün insanlar yaxınlaşırlar. Yorğun olanda mən sadəcə dərin baxışlarla onların gözlərinin içinə baxıram və onlar özlərini narahat hiss edib yavaş-yavaş uzaqlaşırlar.

Biz başqa insanların hazırladığı yeməkləri yeyirik. Biz başqalarının tikdiyi paltarları geyinirik. Biz başqalarının yaratdığı dildə danışırıq və indi bizim də insanlığa xeyir verməyimizin vaxtının gəlib çatdığını düşünürəm.
 
Məncə biz etdiklərimiz haqqında bir az tez-tez danışmalıyıq. Bu o demək deyil ki, sən özündən razı olmalısan və lovğalanmalısan, amma yenə də öz etdiklərin haqqında danışmağa utanmamalısan.
 
Mən bir il ərzində 4 milyarda yaxın pul itirməyin nə olduğunu bilirəm və bunun şəxsiyyətin formalaşmasında böyük rol oynadığını düşünürəm.
 
Televizor insanı kütləşdirir və dəyərli vaxtınızın böyük bir qismini alır, amma ehtiyatlı olun – siz apple kompyuterinin arxasında da keyleşə bilərsiniz.
 
Vaxt var idi dostlarımın otağındakı döşəmə üstündə yatırdım. Vegetarian burgeri almaq üçün pivə şüşəsini toplayıb təhvil verərək pul qazanırdım. İndi bir neçə milyardlıq əmlak və auksion aldıqdan sora mənim həyat tərzim bir az dəyişdi, ama mən dəyişmədim. Ancaq məqsədin varlığı həyatı məna ilə doldura bilər və bu təkcə çox yaşamağınız və sağlam olmağınız üçün deyil, həmçinin həyatın çətin məqamlarında da pozitiv düşünməniz üçündür.
 
Əgər mənim Apple və Pixar arasında seçim etməyimi istəsəyidilər – birini saxlayıb o birini başqalarına verməyi – bu an keçmişə qayıdıb vəziyəti elə düzəltmək istəyərdim ki, bu seçim heç yaranmasın.
 
Bütün uğurlu insanlar vaxtilə səhvlər ediblər, sadəcə sonradan bu səhvlərdən nəticə çıxardaraq öz planlarında dəyişikliklər ediblər.
 
Microsoft məhsullarının istehsalı üçün xeyli pul xərcləyir, amma nədənsə onlar Apple məhsullarına çox oxşayır. Kefimi açmaq istəyəndə həmişə bu faktı yadıma salıram.
 
Böyük bir işin öhdəsindən gəlməyin yolu bu işi sevməkdir. Əgər bu yoxdursa işə başlamağa tələsməyin.
 
Tezliklə öləcəyimi xatırlamaq – həyatın ən çətin məqamlarında qərar qəbul etməyimdə kömək edən ən vacib alətlərimdəndir.
 
Mən bir insanı bu gün işdən qova bilərəm. Sabah isə həmin insana zəng edib onunla yeni lahiyə haqda danışaraq yenidən işə qəbul edə bilərəm. Mənim üçün keçmiş vacib deyil, əsəs indiki zamandır.
 
Əgər keçmişə qayıtmağa imkanım olsaydı, mən 25 yaşlı özümə vaxtını intervyuya xərcləməməyi məsləhət görərdim. 
 

ŞƏRH YAZIN