NLP Texnikası: Tənbəlliyi hərəkətə çevir!

0
3496
NLP Texnikası: Tənbəlliyi hərəkətə çevir!

Sizi hədəflərinizə çatmaq üçün hərəkətə keçməyə motivasiya edəcək texnika tənbəlliyi hərəkətə çevirmək texnikasıdır. Hərəkətə etmədən hədəfə çatmaq mümkün deyil. Bir çox insan komfort zonadan xaricə çıxa bilmədiyi üçün müvəffəqiyyətsizliyə düçar olur. Müvəffəqiyyətli ola bilmək üçün rahatlığınızı bir az pozmalısınız. 

1. Əvvəlcə əldə etməyi çox istədiyiniz, sizi çox həyəcanlandıran bir hədəf  müəyyən edin. Bu hədəf haqqında düşündüyünüz andaca  sizi motivə etməlidir. Özünüzə elə bir səbəb tapın ki, sizi dərhal ayağa qaldıra bilsin. Cim Rohnun dediyi kimi, "Əgər səbəbiniz kifayət qədər güclüdürsə, hər şeyi edə bilərsiniz"
2. Sizi fəaliyyətə yönəldəcək addımları bir-bir yazın. Nələr etməlisiniz? Kimlərlə danışmalısınız? Nələri həyatınızdan çıxarmalısınız? Nələri etsəydiniz bu hədəfə çatardınız? Bütün bunları ardıcıl yazın. 
3. İndi isə, özünüzü bu addımları atarkən xəyal edin. Amma bütün bunları edərkən böyük bir müvəffəqiyyət və özünə inam duyğusu hiss edin. Sanki, etməkdən çox böyük zövq aldığınız bir şeyi həyata keçirirsiniz. Bu duyğudan həzz alın, onun dadını çıxarın. Müvəffəqiyyətli olmaq gözəldir. Müvəffəqiyyət qədər insanı motivə edən az şey vardır.
4. Bəlkə də bir az çətinlik olacaq amma, indi də müvəffəqiyyətsiz olduğunuz vaxt necə hiss edəcəyinizi düşünün. Əgər bütün bunları etməsəniz həyatınız necə olacaq? Özünüzü müvəffəqiyyətsizlik içində canlandırın. Bir çox insan nələri itirəcəyini düşündüyü zaman, böyük bir motivasiyaya çatır. NLP-də bu "Ağrı və Zövq" faktoru olaraq adlandırılır.
5. İndi isə təkrar müvəffəqiyyətinizə dair ssenarini beyninizdə canlandırın. Bu vəziyyətin içinə daxil olun və bütün duyğuları dərindən yaşayın. Ardınca da, hərəkətə keçin. Siyahını əlinizə alın və bir-bir bu hərəkətləri etməyə başlayın. Görəcəksiniz ki, bir şeyi bacarmaq sizi digərlərini də bacarmaq üçün motivasiya edəcək. Müvəffəqiyyət müvəffəqiyyəti çəkər, müvəffəqiyyətsizlik də müvəffəqiyyətsizliyi ...
 

ŞƏRH YAZIN