Baxış Tərzini Dəyiş...

0
7585
Baxış Tərzini Dəyiş...

Canınızı sıxan xatirələriniz varsa bu yazı tam sizə uyğundur...

Bu prinsip beynimizin xəyal etdiklərimizi şüuraltına ötürərkən eynən gerçəkmiş kimi qəbul etməsinə əsaslanır.

Özümüz üçün səssiz və hüzurlu bir məkanda kreslomuza oturduqdan sonra, əgər mümkünsə, ritmik bir fon musiqisi dinləyək. Bu arada diqqət edəcəyimiz tək şey, bu musiqi bizim tanıdığımız, bildiyimiz bir mahnıya aid olmasın, məsələn bu, saatın tik – takları belə ola bilər... 
Sonra, burnumuzdan dərin bir nəfəs alaq. Bu aldığımız nəfəslə əvvəl qarnımızın, sonra isə sinəmizin dolmasına izin veririk və aldığımız hər nəfəsi 15 saniyə içimizdə tutduqdan sonra yenə yavaşca əvvəlcə sinəmizi, sonra qarnımızı boşaldacaq şəkildə buraxırıq, bu proses ərzində tək diqqət edəcəyimiz məqam şişən qarnımız və sinəmiz olmalıdır. Bu çalışmanı 11 dəfə təkrarlayırıq və sonuncusunu edərkən artıq ağırlaşmağa başlayan gözlərimizin qapanmasına izin verir və özümüzü böyük bir ağ pərdənin önündə xəyal edirik. Pərdənin hər detalını görməyimiz önəmlidir: böyüklüyü, parlaqlığı, bizə yaxınlığı və ya uzaqlığı…
Indi həmin pərdədə heç xoşunuza gəlməyən hadisəni canlandıra bilərsiniz, bütün reallığı ilə… O an eşitdiyiniz səslər, toxunduğunuz əşyalar ya da məkandakı bütün rəngləri mümkün qədər canlı görməniz önəmlidir… Bu bizə özümüzü pis hiss etdirə bilər, amma vacib olan o deyil, çünki, həmin anda aktyor yox, rejissor kreslosunda oturursunuz. 
Mövcud duyğunu mümkün qədər real hiss etməlisən. Hətta elə hiss et ki, sanki yenidən o anı yaşayırsan. Amma artıq kənardan izləməyi bitirməli və pərdədə gördüyün filmin içinə girməlisən və ətrafına diqqətli baxmalısan. Bütün səsləri eşitməyə, üz ifadələrini görməyə çalışmalısan. Dediyim kimi bu biraz səni incidə bilər, amma, möhkəm ol, indi əyləncə zamanıdır…
Artıq içəridəsən və unutma ki, bu filmin bir rejissoru var, o da SƏNsən… və filmdəki hadisələrlə oynama vaxtı da gəldi… Görüntülərin arasında dolanarkən bir şey axtarmalısan; səni incidən, pis hiss etdirən bir zamanı… Tapdınsa davam edə bilərik, yoxsa o anı tapana qədər görüntülər içində dolaşmağa davam et. 
 
İndi bu görüntüyə diqqətli baxsan həmin anda onu çox gülməli bir hala gətirə bilər, hətta ssenarini tamamilə dəyişə bilərsən. Məsələn, kiminsə səni təhqir etdiyi bir səhnə olsun, bu səhnə ilə belə oynaya bilərsən: qarşındakı adam ağzını açarkən sənə belə deyir: bir azdan sənin kimi möhtəşəm birini təhqir edəcəm, çünki mən axmağam, hətta o qədər ağılsızam ki, sənin qarşında çəhrayı donla ciddi – ciddi danışmağa çalışarkən öz axmaqlığıma gülməyə başlayıram. Təbii ki, bu cümlələri ona qurdurarkən həmin şeyləri etməsini də təmin etməlisən, çünki, sən rejissorsan. 
 
Bunun ardından onun boyunu 130 sm - ə qədər kiçildib, ona istədiyin nə varsa deyib, bu prosesi ən az 10 dəfə təkrar etsən, sənin bu hadisə ilə bağlı xatirələrin artıq deformasiyaya uğrayacaq və sənə hiss etdirdiyi hər şey artıq yeni təcrübənə uyğun olaraq səmimi bir təbəssümdür… 
 
Mənbə: Gökhan Küçük
 

ŞƏRH YAZIN