NLP və İnanclarımız

0
3237
NLP və İnanclarımız

İnanclarımız davranışlarımızı yönləndirər, onları formalaşdırar. Ümumiyyətlə fəaliyyətimiz, uğur və müvəffəqiyyətimiz inanclarımıza uyğun olaraq müəyyən olunar. Buna görə də, yüksək müvəffəqiyyət göstərən birinin performansını təkrarlaya bilmək üçün o insanın inanc sisteminin şifrəsini bilməyimiz lazımdır. İstənilən davranışı sərgiləmək üçün nümunə olan insanın şəxsiyyətini, dəyərlərini, inanclarını, bacarıq, qabiliyyət və davranışlarını nüsxələmək, o davranışın reallaşması üçün uyğun mühiti yaratmaq lazımdır.

NLP etdikləri bir çox şeydə mükəmməlliyə çatmağı bacaran və davamlı olaraq müsbət nəticələr əldə edən insanları modelləşdirmiş və aşağıdakı inanc sistemini yaratmışdır:
 
* Hər kəs tək və özünəməxsusdur.
* Hər kəs özünə ən uyğun olan seçimi edər.
* Müvəffəqiyyətsizlik yoxdur, yalnız nəticələr vardır.
* Hər davranışın pozitiv bir niyyəti vardır.
* Ünsiyyətin məqsədi onun yaradacağı təsirdir.
* Hər problemin bir həlli vardır.
* Bacarma ehtimalı ən yüksək olan fərd, düşüncə və davranışlarında ən çox elastik olandır.
* Zehin və bədənimiz eyni sistemin parçalarıdır.
* Məlumat - düşüncə, yaddaş və xəyal gücü, məlumat süzmə və saxlama üsullarının qarşılıqlı nəticəsində meydana gələr.
* Əgər kimsə bir şeyi edə bilirsə, onu eləməyi hər kəs öyrənə bilər.
 
NLP bizdə hədəflərimizi dəstəkləyən inanclar yaradar yaxud köhnə inancları uğur qazana biləcəyimiz formada dəyişdirər. Bizə xeyri olmayan və zərərli ola biləcək inanclardan xilas olmağımızı təmin edər. 
 
Siz də öz sağlam inanc sisteminizi yaradaraq onu gücləndirə bilərsiniz. İnanclar insanın özünü təsdiq etməsində mühüm vasitədir. Özünüzə inanclarınızın etibarlılığını və dəyərini sübut etməyə çalışaraq davranışlarınızı təyin edirsiniz. Əgər inanclarınız məhdudlaşdırıcıdırsa, performansınız da məhdudlaşar.
 
Hər gün yaşanaraq mənimsənən inanclar mənliyimizin bir hissəsi olar. Hz. Ömərin də illər əvvəl dediyi kimi: "İnandığınız kimi yaşamazsınızsa, yaşadığınız kimi inanmağa başlayarsınız."
 

ŞƏRH YAZIN