NLP Metodlarının Effektiv Nəticəsi Üçün 5 Texnika!

0
3823
NLP Metodlarının Effektiv Nəticəsi Üçün 5 Texnika!

NLP bizim üçün dəyişimin sürətli və effektiv modelini təqdim edir. Ancaq bu dəyişimin yüksək nəticə verə bilməsi üçün, bəzi meyarların düzgün yerinə yetirilməsi vacibdir. Bütün texnikalar xüsusu struktura malikdir və eyni zamanda elastikdir. Hər bir NLP texnikası, bizim xəyal gücümüzlə birlikdə, tamamilə fərqli struktura çevrilə bilər. Bu qaydalar yalnız NLP və Koçluq texnikaları üçün deyil, ağlımıza gələn istənilən vəziyyətə tətbiq oluna bilər. Bu qaydalar istər riyaziyyat, istərsə də xarici dil öyrənmək üçün etibarlıdır... İndi bu sadə amma önəmli qaydalara nəzər salaq:

 
NLP metodu
 
1 - Metodların gücünə inanın: NLP "Sehirli Dəyənək" deyil. Bir dəyişmə üsuludur. Dəyişikliyin reallaşması üçün, əvvəlcə zehnimizi buna inandırmalıyıq. İnanc beynimizin yanacağıdır. Dəyişməyə olan inancımız, dəyişimin hansı üsulla reallaşmasından daha önəmlidir. Bəşəriyyət tarixində əldə edilən bütün nailiyyətlər çoxlarının buna inanması ilə mümkün olmuşdur. Biz özümüzə inandığımız zaman, dəyişimlə aramızdakı ən böyük maneəni qaldırmış olarıq .
 
2 - Tətbiq edin: Nəticə əldə edənə qədər NLP texnikalarını tətbiq etməliyik. İnformasiya öz - özlüyündə mənasızdır. İnformasiyanın işə yaraması üçün ondan istifadə etmək lazımdır. Hər kəsin ağlına zaman - zaman möhtəşəm fikirlər gələ bilər. Fikirlər eynilə, buxarlanan su damlaları kimi uçucudur. Onlarla hərəkətə keçməli və nəticələndirməlisiniz. Bir çox NLP texnikası sözün əsl mənasında, həyatınızı dəyişdirən bir möcüzəyə malikdir. Təbii ki, siz onu istifadə etdiyiniz təqdirdə...
 
3 - İnadkar Olun: Dəyişkənlik davamlılıq tələb edir. Motivasiyanızı düşdüyü anda toparlamalısınız. İnadkarlıq nümayiş etdirməli və nəticə alana qədər üstünə getməlisiniz. Dəyişim bir intizam tələb edir. Daxili intizamınızı düşüncələrinizi dəyişdirərək mənalandıra bilərsiniz. Özünüzlə olan danışıqlarınız həmişə sizi motivə etməlidir. "Edə bilmərəm" sözü ümumiyyətlı zehninizə girməməlidir, əgər girərsə onu uzaqlaşdıra bilməlisiniz.
 
4 - Xəyal gücünüzdən istifadə edin: Zehnimizin düşüncə gücü sərhədsizdir. Biz əslində xəyal edə biləcəyimizdən daha güclüyük. Zehnimiz bizə ara – sıra oyun oynaya bilər. Zəif olduğumuz istiqamətlərə yönəlməyimizi təmin edə bilər. Halbuki, bu bir tələdir. Bu tələyə düşməmək üçün xəyal gücünüzün daima konstruktiv düşüncələrlə məşğul olmasını təmin etməliyik. NLP xəyal gücünüzü məcbur edə biləcəyimiz  sahədir. Hər texnikanın müvəffəqiyyətli nəticəsi xəyal gücümüzə bağlıdır. Eynən, uşaq kimi olun. Davamlı şəkildə mükəmmələ çatma mövzusunda xəyallar qurun.
 
5 - Elastik Olun: Bir üsul işə yaramadısa, başqa üsulları sınaqdan keçirin. NLP – nin alət çantasındakı texnikalar o qədər güclü və müxtəlifdir ki, burada sizin işinizə yarayacaq bir texnika mütləq vardır. Ancaq imtina edər və müvəffəqiyyətsizliyi qəbul etsəniz, həll yolu gözünüzün qarşısında belə olsa onu görməyə bilərsiniz. Hər zaman alternativ bir variant olduğuna inanın. Bu, özünü aldatmaq yox, bu real olmaq deməkdir. Çe Queveranın dediyi kimi, "Real olun, qeyri-mümkünü reallaşdırın!"
 

ŞƏRH YAZIN