Empatiya təhlükəli ola bilər!

0
3019
Empatiya təhlükəli ola bilər!

Qarşımızdakı insanların duyğu və düşüncələrini anlamaq əlbəttə faydalıdır. Ancaq, son zamanların sehrli sözü olan “Empatiya dozası” da çox əhəmiyyətlidir. Çünki, empatiya qurmaq nə vicdan əzabını basdırma, nə də qorxularımızdan qaçma vasitəsi deyil.

Empatiya Təhlükəli Ola bilər!
Cəmiyyət olaraq başqalarına köməkçi olmaqla, ağrı və gizli günahkarlıq duyğularını qarışdıra bilirik. 
Çox mehriban bir qadın idi. Köməksevər, məhsuldar... İki uşağı və yoldaşıyla xoşbəxt görünən bir həyatı vardı. Maddi vəziyyətləri yaxşı olduğu üçün işləmirdi. Yoldaşının işləri yaxşı gedirdi deyəsən... Arvadına problemlərini belə izah etməyən, heç bir detal verməyən bir adam idi. Bir dediyini iki etmir, üstəlik arvadının xərclərinə də qarışmırdı. Qadının lüks bir avtomobili, yaxşı bir ailəsi vardı. Və məhəllədə köməkçi ola biləcəyi o qədər çox möhtac insan var idi ki, sahib olduqlarının həzzini yaşaya bilmirdi.
 
Nə zaman pulu olmayan bir uşaq görsə, onun əlinə cibxərcliyi sıxışdırmağa çalışır, kömək dərnəklərinə üzv olub varlı ailələrin uşaqlarından istifadə olunmuş paltarları yığıb, ehtiyacı olanlara göndərmək üzrə təşkilatlarda çalışırdı. Həm də qadın dərnəklərinə marağı vardı. Xüsusilə də dul qalmış qadınlar pis yola düşməsinlər deyə, onların hər cür sığınma ehtiyacının qarşılanması üçün xüsusi yardım göstərirdi.
 
Buraya qədər nə qədər gözəl, necə ibrətlik bir davranış, elə deyil mi? Halbuki, etdiyimiz hər davranışın bir də alt duyğusu var. Alt duyğu, şüuraltımızda qeyd olunan əsas (nüvə) inanc ilə birlikdə hərəkət edər. Və çəkim qanununu fəallaşdırır. Artıq kvant və çəkim qanununu bilməyən yoxdur. Amma kiçik bir xatırlatma verək. Həyatımıza çəkdiyimiz, başımıza gətirdiyimiz hadisələr, zehnimizlə düşündüklərimiz deyil. Alt duyğumuz və nüvə inancımızla, çox vaxt fərqində belə ola bilmədiyimiz, bəzən də fərqində olub əngəlləyə bilmədiyimiz duyğularımızla hərəkətə keçirərik.
 
Empatik Doza Əhəmiyyətlidir!
Bu yardımsevər qadının da anası və atası çox yanlış fikirli insanlar idi. Həyatda hər an, hər şey pozula bilər, yaxşı gedən hadisələr bir anda suya dönə bilər kimi bir qorxuları var idi. Həyatları, özlərini etibarda tuta bilmək və sonradan xəyal qırıqlığına uğramamaq üçün, sevinc və qəhqəhələrini nəzarət altında tutmaqla keçmişdi. Anasının sözləri, qadının qulağında bu yaşda belə eşidilirdi: "Aman qızım, çox gülmə, sonra ağlayarsan!"
Dul qadınlara köməkçi olmaq, dünyada ala biləcəyiniz ən gözəl savablardan biridir bəlkə də... Amma,köməkçi olarkən, qarşınızdakı adamın halına acımaq, hətta "Mən bu qədər xoşbəxtkən, insanlar necə də ağrı çəkir," deyərək günahkarlıq hiss etmək, sizə zərər verər. Sizcə niyə?
 
Burada çəkiliş qanunu dövrəyə girir. Alt duyğunuz, özünüzü cəzalandırmağa başlayır. Üstəlik bunu heç fərq etmədən, şüuraltınızdan etməyə başlayırsınız.
 
Kimsəsiz uşaqlara yardım etmək, onlara pul vermək möcüzəli bir şeydir. Hətta hər varlı ailənin, kasıb bir uşağı oxutması, geydirməsi, çox faydalı olar. Amma, bunu edərkən, o uşağın halına baxıb qorxuyla "Birdən mənim uşağım bu hala düşsəydi?" desəniz, artıq bu təhlükəlidir.
 
Empatiya, cəmiyyətimizdə öyrətməyə çalışdığımız bir anlayışdır. Amma, təəssüf ki, biz cəmiyyət olaraq çox zaman empatiya ilə acımaq və gizli günahkarlıq duyğularını qarışdırırıq.
 
Günahkarlıq, vicdan əzabı və qorxu
Somaliyə etmək istədiyimiz yardımlara bir baxaq. Onlara baxdığımızda, aclıqdan səfil hala gəlmiş uşaqları görəndə, hadisələrə tamaşaçı qalmaq istəmirik. Çoxumuz öz büdcəmizə görə maddi yardımı etdik. Yaxşı ki, də etdik. Amma, o insanlara baxıb, axşam yediyimiz yemək boğazımızda düyünlənməyə başlayırsa, bir-birimizi xəbərdar edərkən, kömək etməyə təşviq edərkən vicdan əzabı yükləyirsinizsə, orada bir səhv edirik deməkdir.
Alt duyğumuz, sevgi olsun. Amma, tərtəmiz bir sevgi... Onlara baxdığımızda kədərlənə bilərik, amma, günahkarlıq, vicdan əzabı, qorxu duymadan... Yardımlarımıza şüurlu zehinimiz və məntiqimizlə qərar verək. Özünü acındıran insanlardan uzaq duraq.
 
Bəhs etdiyim qadına sizcə nə oldu? O indi yoldaşından ayrılır və uşaqları köməyə möhtac vəziyyətdədir. Amma, bunların da öhtəsindən gələcək, çünki, o çox güclü bir qadındır. Yalnız çəkim qanununu aktiv edən alt duyğu və nüvə inanclarını dəyişdirməklə məşğuldur... 
 
Duyğu və düşüncələrinizə diqqət edin! Bütün etdiklərimizin arxasında tərtəmiz bir sevgi olması diləyiylə... 
 

ŞƏRH YAZIN