Fikirlər Və Davranışlar Arasındakı Məna Bağlılığı

0
3229
Fikirlər Və Davranışlar Arasındakı Məna Bağlılığı

Beynimiz olmadan bir saniyə belə yaşaya bilmərik.O bizi idarə edir. Nəyisə etməzdən əvvəl beynimizdə düşünür sonra icra edirik. 

Baş verənləri beynimiz sayəsində düşünür,idarə edirik. Hər kəsdə fərqli olur düşüncələr. Hamıda eyni ola bilməz. 
 
Sizin ağlınızdan keçirtmədiyiniz şeyləri başqaları edə bilər. Məsələn ən xırda problemdə özünü öldürəcəm , intihar edəcəm deyən insanlarda intihar etmək potensialı daha güclüdür. O bunu nə vaxtsa edə bilər. Bəzilərimiz çətin günləri iradə və səbrlə keçə bilirik .
 
Bəzilərimizsə öhdəsindən gələ bilmirik.    İntihar halları iradəsi zəif insanlarda daha çox rast gəlinir.  
 
Çalışın ki beyninizi mənfi düşüncələrlə yükləməyin.  Beynimizlə çox qərarlar verə bilərik , çox şeyləri düşünə bilərik . Amma bu o demək deyil ki, beynimizdəkilərin hamısını icra etməliyik.
 
Mənfi şeyləri həyatınızdan çıxarın müsbət düşünün. Optimist olun . Ətrafınıza günəş kimi işıq saçın. 
 
Ən vacibi  həyatı sevin və Allaha sığının.  Allah bizimlədir. 
 

ŞƏRH YAZIN