Türkiyədə Böyük Uğur Qazanmış 10 Təşəbbüsçü

0
2826
Türkiyədə Böyük Uğur Qazanmış 10 Təşəbbüsçü

Nevzat Aydın

Türkiyənin ən işgüzar insanlarından biri olan Nevzat Aydın, 2001-ci ildə yemeksepeti.com’u yaratmışdır. 3 milyondan çox qeydiyyatlı istifadəçisi olan saytdan gündə təxminən 150 min yemək sifariş edilir. Nevzat Aydın Yemeksepeti saytını 2015-ci ildə Delivery Hero şirkətinə 589 milyon dollara satmışdır.
 
Sidar Şahin
 
Sider Şahin Türkiyənin ən iri və ən sürətlə böyüyən texnologiya şirkətlərindən biri olan Peak Gamesi yaradıb. Mobil və sosial oyunlarda dünya səviyyəsində 30 milyon istifadəçisi var.İstifadəçilərinin çox hissəsi ABŞ və Avropa bazarında olan Peak Games dünyəvi bir marka kimi diqqət çəkir.
 
Kaan Kayabalı
 
Kaan Kayabalı 1983-cü ildə Ankarada anadan olmuşdur və ODTÜ məzunudur. 2012-ci ildə Türkiyənin ən çox baxılan saytını– Onedio.com’u yaradıb. Revo Capital adlı investisiya şirkətindən 1.2 milyon dollar  yığım pul almağı bacarıb.
 
Sedat Kapanoğlu
 
Türkiyənin ən müvəffəqiyyətli  təşəbbüsçülərindən və proqramçılarından biri olan Sedat Kapanoğlu 1976-cı ildə Eskişehirdə anadan olub. 1997-ci ildə ODTÜ-nün keçirdiyi proqramlaşdırma yarışında 3-cü yerə layiq görülüb. 1999-cu ildə Eksisözlük.com saytını yaratmışdır. 2001-ci ildə ali təhsili olmadığı təqdirdə Microsoftdan iş təklifi almışdır. 2009-cu ildə Microsoftdakı işindən ayrılaraq Türkiyəyə qayıtsa da 2015-ci ildə Eksisözlüyü satıb və ABŞ-a köçüb.
 
Taner Aksoy
 
Aksay Grup idarə heyətinin sədri Taner Aksoy 1999-cu ildə internet vasitəsilə satıcılara detallı elan verməyi təmin edən və alıcılar tərəfindən rahatlıqla axtardıqları məhsulu tapmasını təmin edən bir sayt fikirləşdi və beləliklə Türkiyənin ən çox ziyarət edilən alış-veriş saytı Sahibindən.com-u yaratdı.
 
Alp Saul
 
Alp Saul 16 il əvvəl 10 min dollar  ilə internetdə təhlükəsizlik sisteminə xidmət edən Pronet şirkətini yaradıb və bu gün 55 mindən çox abunəsi vardır.
 
Emre Kurttepeli
 
1990-cu ildə Emre Kurttepeli Kolumbiya Universitetini bitirmişdir. Türkiyənin ilk internet provayderi olan Forneti qurmuşdur. Forneti Koç Holdingin şirkətlərindən biri olan Koçnetə satdıqdan sonra hazırda Türkiyənin ən çox ziyarət edilən 10 saytından biri olan Mynet.com-u yaratmışdır.
 
Sinan Afra
 
Sinan Afra Türkiyənin internet üzrə ən məşhur və çalışqan insanlarından biridir. İndiyə kimi 20-dən çox keyfiyyətli layihələrə imza atıb. 2008-ci ildə yaratdığı e-ticarət saytı Markafonini Naspers şirkətinə 200 milyon dollara satıb. 2016-cı ildə Evtiko internet layihəsini yaradıb.
 
Kerem Çatay
 
Kerem Çatay  25 yaşında Ay Yapım şirkətini yaratmışdır. “Yaprak Dökümü”, “Aşkı-Memnu”, “Dudakten Kalbe” serialları ilə böyük bir izləyici kütləsi qazanan Ay Yapımın illik gəliri 50 milyon dollardır.
 
Nazım Salur
 
Nazım Salur 2013-cü ildə taksi sifariş xidməti olan BiTaksini yaratmışdır. O,gün ərzində 50 min insanın istifadə etdiyi BiTaksinin qazandığı müvəffəqiyyətdən sonra, istədiyiniz məhsulu 10 dəqiqə içində lazım olan məkana çatdıran “getir” adlı bir mobil tətbiq yaratmışdır. Hal-hazırda şirkət Amerikada da fəaliyyət göstərir.
 

ŞƏRH YAZIN