Pula Qənaət Etməyi Bacarmaq Lazımdır

0
2820
Pula Qənaət Etməyi Bacarmaq Lazımdır

Qənaət edərək yaşamaq, o demək deyil ki, hər şeydən imtina etməlisən, keyfiyyətsiz əşya almalı və qonaq qəbul etməməlisən. Əslində qənaət etmək incəsənət baxımdan gözəl pul xərcləməkdir. Və hər kəs bundan faydalana bilər.Ən əsası pulları göyə uçurtmazdan əvvəl özünüzə sual verin: Mən nəyə pul xərcləyirəm və bu pulu xərcləməyə dəyərmi? Xərclədiyiniz pulların hesabından başlayaraq aldığınız pulların hesabını yoxlayın..Utanmayın, zəng eləyib araşdırın ki, niyə sizin telefon abunə haqqını,ya da kommunal xərclərinizi qaldırıblar. Çalışın öz xərclərinizi vaxtında ödəyəsinz. Gözləməyin ki,xərcləriniz artsın.
 
Yollanın dükana alacağınız ərzaqların siyahısını tərtib edin,amma bundan vaz keçməyin. Aldığınız ərzaqları, kredit kartı ilə yox pulla ödəyin. Ödədiyiniz pulların isə çeklərini saxlayın. Bu, sizə keyfiyyətsiz malların geri qaytarılmasına kömək edər.Çalışın ən iri dükanlardan alış-veriş edəsiniz. Çünki alınan malın reklamına dükan tərəfdən pul qoyulmur və ona görə də bu mallar ucuz olur.
 
Ümumi cəhətdən bu malların görkəmi elə də cəlb olunmur. Amma keyfiyyətinə söz ola bilməz.
 
Psixoloqların fikrinə görə, insan ac mədəyə düşünülməmiş addım atır. Ona görə də dükana getməzdən əvvəl evdə yaxşıca yeyin. 
 
Tələyə duşməyin - Həmişə öz istədiyiniz şeyləri nəzərə alın və nəyi almaq istədiyinizə qəti qərar verin.
 
Hesablayın - Siz iş yerinizdə yeməyinizə nə qədər pul sərf edirsiniz. Yəqin siz özünüz də görərsiniz ki, bu həm cibinizə,həm də mədəniz üçün çox ziyandır. Özünüzlə işə yemək aparın ki, həm pulunuza qənaet etmiş olasınız, həm də öz sağlamlığınızı düşünəsiniz.
 
Mütəxəssislərin bildirdiyinə görə, qızdırıcı əşyalar çoxlu enerji aparır. Çalışın tez-tez tozsovuranın torbasını təmızləyəsiniz. Torbası dolu olan tozsovuranın 1\3 hissəsi enerjinin 40%-ni aparır. Paltar yuyan maşını dolmuş şəkildə istifadə edin. Bu həm suya, həm də enerjiyə qənaət etmiş olar. Ən əsası da qənaət etdiyiniz pullara istirahət və yaxud səyahət edə bilərsin
 
 

ŞƏRH YAZIN