İş Həyatında Sadə Səhvlər Və Onların Qarşısını Almağın Yolları

0
2096
İş Həyatında  Sadə Səhvlər Və Onların Qarşısını Almağın Yolları

Biz həyatımızı yaşayarkən sadə səhvlər etmərikmi?

Ya da daha açıq danışaq, mükəmməl ola biləcək bir karyeranı asan  səhvlərə görə məhv etdiyimiz olmadımı?
 
Olur! Həm də tez-tez olur.
 
1. Sadə səhv: "Bu qədər pula bu qədər çalışaram" - deyə düşünmək
 
Gənc adam və ya qadın, işindən məmnun deyildir və qəzəblə "Bu qədər pula, mən ancaq bu qədər çalışaram" deyər. Gəncdir, qəzəblidir, xoşbəxt deyildir. Bəlkə də haqlıdır məyus olmağında. Amma bu qəzəbinin işə yaradığı da görünməmişdir. Haqlı olmaq bir şeydir, bu haqlılığın onun işinə yarayıb-yaramaması tamamilə başqa bir şeydir.
 
Üstəlik, bu haqlılığı hirslə dilimizə dolamaq dəfələrlə bizi səhv düşüncə tərzinə yönəldir.
 
Gənc, "Bu pula bu qədər çalışaram" deyər.
 
Gənc, "Mənə göstərilən bu hörmətə qarşılıq bu qədər çalışaram" deyər. Bir ədalət axtarışı kimi görünür, elə deyilmi? O halda səhv olan nədir? Təəssüf ki, çox şey!
 
Əgər sizə dəyər verilməyən bir yerdəsinizsə, etməniz lazım olan daha az işləmək deyildir. Etməyiniz lazım olan orada çalışmamaqdır! Orada olmamaqdır.
 
Qazandığınız pul sizi qane etmirsə, etməniz lazım olan o pulu daha da azaldacaq bir dünyagörüşünü mənimsəmək deyildir. Əksinə, o düşüncəni bir kənara atmaqdır. Vəziyyəti kökündən dəyişməyin yollarını axtamaqdır.
 
Əgər sizə verilən dəyərdən məmnun deyilsinizsə, etməyiniz lazım olan "nə qədər dəyərli" olduğunuzu göstərmək, sübut etməkdir. Sizi dəyərli görməyənləri haqlı çıxaracaq bir davranışı mənimsəmək deyil.
 
2. Sadə səhv: Öz inkişafını başqasına əmanət etmək!
 
"Mənə bir karyera yolu göstərin" deyənlərdənsinizsə, dərhal buraxın bu sözü. Bu bir insan resursları yalanıdır.
 
Şirkətlərin işi sizə karyera yolu açmaq deyil. Şirkətlərin işi öz yollarını açmaqdır, sizin hədəflərinizlə onlarınkı üst-üstə düşürsə, bu gözəl bir vəhdət olar.
 
Kimsə sizə karyera yolu açmaz. Əslinə baxsanız onsuz da "etməməlidir də".
 
Siz öz karyera yolunuzu özünüz çəkməlisiniz. Bu başqasının kürəyinə atılacaq bir məsuliyyət deyil, bu elə belə təxirə salmağa gələcək bir iş də deyil.
 
Siz öz karyera yolunuzu çəkməlisiniz. Sonra buna baxmalısınız, çalışdığım bu şirkətdə mən hədəflərimi istədiyim zamanda reallaşdıra bilərəmmi?
 
UNUTMAYIN!
 
Həyatınızın məsuliyyətini başqasına versəniz, başqasının həyatını yaşayarkən taparsınız özünüzü.
 
3. Sadə səhv: Böyük şirkətlərdə işləmək, sizi özlüyünüzdə bacarıqlı etməz.
 
Adı-sanı olan şirkətlərdə çalışmağın misilsiz faydaları vardır. Üstəlik, o şirkət bu ada sonuna qədər layiqdirsə, faydaları daha da böyükdür. Status sahibi olarsınız, hörmətiniz arta bilər və sosial hüquqlarınız sektor hesablamalarının üzərindədir.
 
Yaxşı təlimlər alma, beynəlxalq təcrübə qazanmaq kimi variantlar da varsa, bir çox həmkarınızın arzuladığı bir mövqedəsinizdir. Ancaq..
 
Ancaq, böyük bir şirkətdə işləmək sizi avtomatik bacarıqlı etməz. Böyük bir şirkətə qəbul edilmiş olmaq həyat boyu uğuru təmin etməz. Sabahlarınız üçün, işləməyiniz üçün məktəb illərinizdə göstərdiyiniz səyin bir bənzərini göstərməyiniz lazımdır.
 
Hər şey cibdə deyil, hər şey olub bitmiş deyil. Qaçmağa davam etmək lazımdır.
 
Unutmayın karyeranızın əvvəlində məktəb uğurları yaxşı bir mövqeyə gələ bilməz, amma sonra yalnız karyera uğurları ilə bir yerə gəlməyiniz mümkündür. 
 
Sadə səhvlər yalnız bu üç maddəylə mi məhduddur?
 
Əlbəttə, xeyr!
 
Amma hələlik bu üçünü bilmək pis bir başlanğıc sayılmaz.
 
Uğurunuz üçün sadə xətalardan çəkinin!
 
Kuboku öpməyin yolu budur!
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN