Beyin Və Din Arasındakı Əlaqə

0
2938
Beyin Və Din Arasındakı Əlaqə

Necə olur ki, bir dinə inanırıq? Beynimizin inancla bir əlaqəsi varmı? Dünyanın ən nüfuzlu elm jurnalı "tanrı inancı"nın insan beynindəki araşdırmasını aparıb. 

HƏR ŞEYİN BİR SƏBƏBİ VAR
 
Körpələr və uşaqlar arasında aparılan araşdırmaya görə insan beyninin təbiətində allaha, ya da bir yaradıcıya inanmaq var.
 
Beyin "səbəb və nəticə" ilə çalışır.
 
Beyin "beyin ilə ruhun" bir-birindən ayrı olduğunu düşünmək üçün proqramlıdır. Bu da "Xəyali dostlar" seçməyə və ya "Allaha və dinlərə inanmağımıza" səbəb olur
 
Araşdırmaya görə heç bir din təhsili almamış 6-7 yaşında uşaqlar belə hər şeyin bir səbəbi olduğuna inanır. Daşların, çayların və ya quşların yaradılmasının bir səbəbi olduğunu düşünür.
 
İnsanlar tarix boyu müəyyən bir tanrı inancına sahib oldu. Bu inanca sahib olan atalarımız da, öz inanclarına inanan insanlarla bir araya gələrək qrup yaradırdı. Beləcə ovlanmaq, qidalanmaq və qorunmaq daha asan olurdu. Yəni inanmaq həyatda qalma ehtimalını artırırdı. Beləcə "inanmağa ehtiyac duymaq və ya inanmaq" genlərimizə işləmiş, ya da instinktiv ola bilir.
 
Korrektə etdi: Hürü Mustafayeva

 

ŞƏRH YAZIN