Əlavə İşləmək Bizə Nə Qazandırır

0
1935
Əlavə İşləmək Bizə Nə Qazandırır

Bir çoxları işdən sonra əlavə işləməkdən xoşlanmırlar. Lakin bəzi ekspertlər işdən sonra qalıb işləməkdə müsbət cəhətlər görürlər.

Onlar hesab edirlər ki, bununla insan yeni imkanlar kəşf edə və daha da ixtisaslaşa bilərlər.
 
Deqradasiya olmaq üçün hər gün eyni, yaxşı alınan işi görmək kifayətdir. İlk öncə hər şey yaxşıdır, hər şey yaxşı alınır. Lakin getdikcə artıq düşünmür, inkişaf etmir və hətta əziyyət belə çəkmirsiniz.
 
Bu səbəbdən əgər sizə əlavə işlər tapşırılırsa, yaxşı olardı ki, onları yerinə yetirməyə çalışasınız. Bəlkə də sizi buna görə mükafatlandırmayacaqlar, lakin bir gün yerinə yetirdiyiniz və sonunda yaxşı öyrəndiyiniz yeni işlər sizin karyeranızın yüksəlməsinə kömək ola biləcəkdir. Belə hallar çoxluq təşkil edir.
 
Unutmayın ki, öyrənmək daim lazımdır və bunun heç bir yaşı da yoxdur. Bir yerdə durmayın və daim inkişaf etməyə çalışın.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN