Şəxsi İşini Qurmaq İstəyənlərə Xəbərdarliqlar

0
5289
Şəxsi İşini Qurmaq İstəyənlərə Xəbərdarliqlar

Bu məqalənin fərdi inkişaf mənasında şəxsi işini qurub uğurlu olmaq istəyənlər üçün çox vacib olduğunu söyləyə bilərəm, bir çox vəziyyətə əvvəlcədən hazır olmağınızda sizə kömək edə bilər. 

ŞƏXSİ İŞİNİ QURMAQ NECƏ BİR ŞEYDİR BİLİRSİNİZMİ?

Öz işini qurmaq bəlkə də hər bir işçinin arzusudur və bir çox insan bu arzusunu tez-tez dilə gətirir. Öz işinizi qurmaq istəyirsinizsə, əlbəttə ki, qurun. İnsanın öz talehini öz əlinə almağı və öz qazancını özünün təyin etməsinin bir çox müsbət tərəfi var. Lakin çox insan öz işini qurmağı arzulayarkən birinci növbədə heç bir kəsə bağlı olmayaraq, ürəyinin istədiyi kimi hərəkət etmək üçün bu xəyalı qurur və arzu edir. Buna görə də sizlərə öz işini qurmağın necə bir şey olduğunu izah etmək istəyirəm.

1.Şəxsi işini quran insanlar həftə sonlarını gözləyib heç vaxt plan qurmurlar. Elə ən çox həftə sonları işləyirlər. Əgər görüləcək iş çoxdursa onlar üçün şənbə, bazar yoxdur.

2.Bu il tətilə gedim, uzun müddət istirahət edim kimi düşuncələri olmur, çünki uzun müddət işləməmək uzun müddət pul qazana bilməmək deməkdir. Elə bu səbəbdən, şəxsi işini ğörən insanların uzun zaman işi gücü atıb gəzdiklərinə şahid ola bilməzsiniz. 

3.Öz işini idarə etmək, kiminsə üçün işlədiyin vaxtlardan daha tez qalxıb işə getmək və daha uzun saatlar işləmək deməkdir. Şəxsi işini qurandan sonra günortaya gədər yatıb kef edəcəyini düşünənlər böyük məyusluq yaşayacaqlar. Öz işini quran hər kəs başqası üçün işlədiyindən daha çox işləmək lazım olduğunu bilir.

4.Şəxsi işini görənlər ofisin çox mənzərəli, şirkət maşınının çox gözəl olmağı haqqında düşünməzlər, çünki bütün xərclər özlərinə aiddir əvvəlki kimi müdiriyyətə deyil. 

5.Şirkətdə yeyilən, içilən hər şeyin xərci əgər şirkət öz şirkətindirsə, sənə aiddir və ya müştəriləri əvvəlki kimi bahalı restoranlara aparmaqdan boyun qaçırırsan, çünki yenə xərclər müdiriyyətə deyil, sənə aid olur.

6.Əmək müqaviləsi, sığorta və s. kimi bütün detallar sizin üçün vacib olur.

7.Şəxsi biznesini idarə edəndə ayın axırı şirkətin hər hansı xərcinə pul çatmasa da mütləq işçilərin ödənişlərini etməli olursan. Hələ vergidən heç danışmıram. Qazancının 1/3-ni vergi verirsən.

8.Şəxsi biznesini idarə edəndə hər an kömək istəyə biləcəyin müdirin olmur. Bütün məsuliyyət sənə aid olur. Bilmədiyin şeylər ilə qarşılaşanda özün öyrənmək məcburiyyətində qalırsan əlbəttə ki, vaxt tapa bilsən.

9.Öz işini idarə etmək öz pulunu qazanmaq deməkdir. Gəlirin miqdarını sən təyin edirsən, əgər yorulsan, bezsən pul qazana bilməzsən nə qədər çox pul qazanmaq istəyirsənsə, o qədər çox işləmək məcburiyyətindəsən.

10.Mütləq hər bir şeyin planlı olmalıdır. Çünki gəlirin ayda ödəyəcəyin məbləğdən az olsa, müraciət edə biləcəyin heç kim olmur.

11.Xərcim çox oldu bu ay bir az qənaət edim deyə bilməzsən. Sən desən belə işçilər deməz, vergi deməz, bir sözlə heç kim deməz.

12.Öz işini qurmaq hər an rəqabət aparmaq deməkdir, hər zaman öz sahəndə ən yaxşı sən olmalısan, yoxsa itib-batarsan. Müştərilərini əlində saxlamağı bilməlisən. Zəiflədiyin hər an səni əzməyə çalışan rəqiblərinlə qarşılaşacaqsan. 

13.Öz sahənizdə baş verən hər bir yeniliyi bilmək, izləmək məcburiyyətindəsiniz. Yeniliklərdən xəbərdar olmasanız, yeni müştərilər cəlb edə bilməzsiniz və hətta köhnələri də itirə bilərsiniz. 

14.Şəxsi biznesini idarə edən zaman başa düşürsən ki, hər kəs - hər müştəri, hər iş görmək istədiyin şirkət yalnız öz mənfəətini güdür.

Deyəcəksiniz ki, yaxşı nə edək, indi öz işimizi qurmayaq? 

Şəxsi işini quranlar azaddır, öz həyatlarını ələ almaq cəsarətini göstərə biliblər. Mükafat da, cəza da, qazanc da, itki də onlarındır. Heç kimə hesabat vermirlər. Öz qərarlarını başqalarından əmr almadan özləri verirlər. Bir gün öz işinizi qurmağı mütləq düşünün, ancaq bunu düşünərkən realist olun, işin təkcə gözəl tərəflərini düşünüb özünüzü aldatmayın. Yalnız yaxşı şeyləri düşünsəniz, qarşılaşacağınız çətinliklərə tab gətirə bilməyib hər şeyi yarımçıq qoyacaqsınız.

ŞƏRH YAZIN