6 Təklif İlə Motivasiyanı Artır

0
2778
6 Təklif İlə Motivasiyanı Artır

Bütün insanların hədəflərinə çatarkən onları motivasiya edəcək və bezmədən irəliləməyə davam edəcək bəzi hərəkətverici qüvvələrə ehtiyacı olur. Bu hərəkətverici qüvvələr sayəsində insanların müvəffəqiyyətli olması və istədiklərini əldə etmələri söz mövzusu ola bilər. Motivasiya artırıcı 6 təklif ilə bunu reallaşdırmaq olduqca asandır. Bu səbəblə hədəflərinizə çatma yolunda bəzi çətinliklərlə qarşılaşdığınızda bu təklifləri xatırlamanız faydalı olacaqdır. 

1. Bir məqsəd taparaq hədəf təyin edin: Bir məqsədə çatmaq istəmək insanın içindəki coşğunun ortaya çıxmasına imkan verir. Məqsəd təyin etməniz sayəsində özünüzə bir istiqamət yaratmaq və hədəfinizə doğru irəliləmək çox daha asan olacaqdır. 
 
2. Böyük düşünüb diləklər tutun: Nə olmaq ya da nə etmək istədiyinizi düşünüb bunu başınızda formalaşdırmaq və bu istiqamətdə diləklər tutmanız yaşadığınız çətinliklər qarşısında imtina etməyinizə imkan verməyəcəkdir. İstəklərinizi başınızda formalaşdırmağınız daha çox səy xərcləmənizə və nəticədə istəklərinizi reallaşdırmaq üçün ehtiyacınız olan motivasiyaya sahib olmanızı təmin edəcəkdir.
 
3. Etdiyiniz yaxşı işlər üçün özünüzü mükafatlandırın: Əsl məqsədinizə doğru irəliləyərkən təyin etdiyiniz kiçik hədəfləri reallaşdırdığınız zaman özünüzə kiçik mükafatlar verməniz sizi daha istəkli bir hala gətirəcəkdir. Bu səbəblə də istəklərinizi reallaşdırmaq üçün, ehtiyacınız olan motivasiyaya sahib olmaq üçün bacardığınız işlərdə özünüzü mükafatlandırmağa laqeyd yanaşmayın. 
 
4. Qorxularınızla üzləşib onları qəbul edin: Qorxular adamın daha əzmli olmasını təmin etdiyi kimi qaçmasına da səbəb ola bilər. Bu səbəblə məqsədinizi reallaşdırma yolunda sizi qorxudan şeylərin nə olduğunu müəyyən edib bunlarla üzləşmək sizə faydalı olacaqdır. Bunun nəticəsində özünüzü qorxularınızla qəbul edərək özünüzə olan etibarınızı təkrar qazana bilərsiniz.
 
5. Doğru bəslənmə və məşq etməyə diqqət edin: Xoşbəxtliyin komponentləri olaraq ifadə edilən doğru bəslənmə və məşq daha aydın bir zehinə sahib olmanız mövzusunda sizə köməkçi olacaqdır. Nəticədə ilham və motivasiyanın öz-özünə formalaşması və sizi müvəffəqiyyətə aparması da öz-özünə təmin edilmiş olur. 
 
6. Sevgi və minnətdarlıq duyun: Sevdiyiniz şeylərin bir siyahısını edərək onların varlığı üçün şükr edin. Bunun sayəsində müsbət düşüncələrə sövq edilməniz mümkün olacaqdır. Müsbət düşüncələrə sahib olan kəslərin hədəflərinə çatmağında daha əzmli olduqlarını və hədəflərinə çata biləcəklərini, inanclarının böyük olduğunu görə bilərsiniz. Nəticədə məqsədinizə bağlı qalaraq bu istiqamətdə irəliləməyə davam edə bilərsiniz.
 
Korrektə etdi: Hürü Mustafayeva
 

ŞƏRH YAZIN