İşçilərin Motivasiya Edilməsi

0
2597
İşçilərin Motivasiya Edilməsi

İşçiləri motivasiya etmək və işçilərin daha çox uğurlu iş görməsi  üçün çoxlu qaydalar  vardır. Sistematik olaraq istifadə olunan texnikalarla işçilər motivasiya edilə bilər. Bu səbəbdən isə həm işin məhsuldarlığı artar həm də ki, işçilərin əhval-ruhiyyəsi hər zaman yüksək olar.İşçilərin əhvalını yüksək tutmaq, onları işdən çıxartmaqla təhdid etməkdən daha səmərəli olar.Əgər işçiləri bununla gözünü qorxutsaz, sizin yanınızda olanda var gücləri ilə çalışarlar. Ancaq, siz olmayanda isə siz ziyan vermək üçün əllərindən gələni edəcəkdirlər. Buna görə də, işçilərə daim moitvatsiya edici sözlər demək  və onları inandırmaq lazımdır. Ən yüksək nəticələr də  belə əldə edilir. İşçilərinizlə tez-tez ünsiyyət qurmağı bacarın. İşləri yüksəldəcəyinizi və həmçinin maaşlarını da artıracağınızı deyə bilərsiz. Həftəlik, aylıq gəzintilər təşkil edə bilər, xərcləri qarşılaya bilərsiz. Bu cür şeylər işçilərlə sizin aranızda güclü bir əlaqə yaradar.

Müdirlərin başqa bir səhvi bir işi iki işçiyə eyni vaxtda verməsidir. Bu zaman işçilər arasında mübahisə yarana bilər.Mübahisə şəraitində isə iş heç cür keyfiyyətli alınaz. İşçilərin arasından birini digərlərindən daha üstün tutmaq onların xətrinə dəyə bilər. Bu da sizə olan nifrəti artırar və artıq işçi sizə tabe olmaq istəməz.
 

ŞƏRH YAZIN