Hər Şeyin Ən Yaxşısını Etməyə Çalış

0
2027
Hər Şeyin Ən Yaxşısını  Etməyə Çalış

Yaşlı usta artıq təqaüdə çıxmağa hazırlaşırdı.O , müdirindən artıq  tikinti işlərini buraxmaq istədiyini və həyatının qalan hissəsini ailəsi ilə keçirtmək istədiyini bildirir.Müdir təbii  ki , onun kimi yaxşı işçisinin getməyinə təəssüf hissi keçirir və ustadan getməzdən əvvəl onun üçün bir ev tikməyini xahiş edir.Usta razılaşır , lakin yeni bir ev tikmək heç də onun ürəyincə deyildi.O , təcrübəsiz işçilərinə müraciət edir və ev tikmək üçün ən ucuz materillardan istifadə edir.Bu onun karyerasının qurtarmasına yaxın ən uğursuz bir işi  olur.

Usta işini bitirib qutaran zaman müdir  evi yoxlamağa gəlir.Adam açarı qapıya salanda deyir:”Bu sənin evindir.Mən bunu sənə hədiyyə etmək üçün tikdirmişdim”.
 
Müdirin bu sözləri onu şoka salır.Əgər o bilsəydi ki , bu ev onun üçün tikilir , o hər şeyin ən keyfiyyətlisindən istifadə edərdi və daha fərqli gözəl bir ev tikərdi.O , indi artıq bu vaxta kimi heç kimə tikmədiyi keyfiyyətsiz bir evdə yaşamalı olacaqdı.
 
Bu bizim həyatımızda da belədir.Biz də həyatımızda çox zaman məsuliyyətdən qaçırıq , bir şeyi edəcəyimiz zaman düzgün reaksiya vermirik , daha yaxşısını etməli olduğumuz halda daha azını etməklə kifayətlənirik.Və ən vacib anlarda biz işimizə ürəyimizi qoymuruq.O anda biz təəssüf hissi keçiririk.Əgər əvvəlcədən bilsəydik daha yaxşısını,daha keyfiyyətlisini edərdik deyə düşünürük.
 
Ev tikən zaman özünüzü əsl usta kimi təsəvvür edin,öz eviniz tikdiyinizi fikirləşin, daha ağılla qurun.Bu sənin bir də heç vaxt ələ keçirə bilmiyəcəyin bir fürsətdir.Hətta sən bu evdə bir gün , bir ay da yaşamalı olsan,həmin günü daha gözəl yaşamağa layiqsən.
 

ŞƏRH YAZIN