Zamanı İdarə Etmək Niyə Vacibdir?

0
2953
Zamanı İdarə Etmək Niyə Vacibdir?

"Vaxtım yoxdur" deyən insan əslində "Zamanı düzgün şəkildə istifadə etməyi bilmirəm" deyən insandır. İnsanların qiymətini bilmədiyi iki nemət vardır. Biri sağlamlıq, digəri boş zamandır. Zaman rəhbərliyi əslində həyatın dəyərini bilmə kursudur. Həyat bizə verilmiş bir haqq deyil, bir əmanətdir. Zaman idarəetməsi həyatın dəyərini bilən hər kəs üçündür.

Bir düşünün:
 
Göndərdiyiniz məktubun bir həftə, xaricə bir ayda getdiyini,
 
Avtobusla saatlar, günlər davam edən səfərlərinizi,
 
Ananızın saatlarla əldə paltar yuduğunu,
 
Araşdırma üçün saatlarla kitabxanada vaxt keçirdiyinizi.
 
Bir düşünün:
 
Anında istədiyiniz adamla səsli və görüntülü əlaqə saxladığınızı,
 
Yazdığınız yazıların bir tuşa toxunmaqla anında e-poçtunuz ilə qarşınızdakına çatdığını,
 
Bir neçə saatda dünyanın o biri ucuna getdiyinizi,
 
Ananızın bir düyməyə basaraq paltar və qab-qacaq yuduğunu,
 
Məlumata bir tuşa basmaqla nail olduğunuzu təsəvvür edin. Hansını etsək daha çox vaxtımız qalır? Amma hələ də "Vaxtımız yoxdur" deyirik.
 
Bir gün 24 saat, yəni 86.400 saniyədir. Məhz sizlər də bu saniyələri istifadə etməsəniz onları bir daha geri ala bilməmək üzrə itirə bilərsiniz.
 
Əslində bu gün uğurları ilə adından söz etdirən uğurlu insanlar zaman dəyərinin fərqindədirlər. Və bir günü ən yaxşı şəkildə istifadə edirlər.
 
Tələbəlik sıx bir səy tələb edir. Çünki həm sosial, həm də akademik sahədə uğurlu olmaq əhəmiyyətli dərəcədə vaxtımızı nə qədər yaxşı istifadə etdiyimizə bağlıdır. "Hamımızın bərabər olaraq sahib olduğu tək bir şey var: Zaman." Elə isə zamansızlıqdan şikayətlənənlərə söylənəcək şey: Zaman, problemin özü deyil, problem bizdədir. Problem, nə qədər vaxtımız olmağında deyil, bu müddət ərzində nələr bacardığımızdadır.
 
Əslində, zamanı idarə edə bilmərik. Çünki əqrəblərin hərəkəti nəzarətimiz xaricindədir. Biz nə etsək də o sürətlə axıb gedir. Məsələ saatı yəni, zamanı idarə etmək deyil, özümüzü zaman ərzində idarə etməkdir. Dəyişmək çətindir. Zamanı effektiv istifadə etməyi nəzərdən keçirə bilərik. Ancaq bu mərhələdə əvvəldən tutduğumuz bəzi vərdişlər zamanı düzgün istifadə etməyimizdə bir maneə ola bilər. Bu səbəblə bu vərdişlərin yerinə, onun yerini alacaq yeni bir vərdişi əldə etməyimiz söz mövzusudur.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN