Yuxusuzluğun Səbəbi Nədir?

0
3686
Yuxusuzluğun Səbəbi Nədir?

Yuxusuzluğunuzun səbəbini axtarırsınız. Amma ya axtardığınızı tapa bilmirsiniz, ya da tapdığınızı düzəldə bilmirsiniz. O zaman psixoloq məsləhətlərini təqdim edirik.

Problemin səbəbi çox ola bilər. Əsəb, stress, yorğunluq və s. Rahat yuxu yatmaq üçün bunları aradan qaldırmaq lazımdır. 
 
Əsəbdən yata bilmirsinizsə, əsəb sakitləşdirici, yuxu gətirici dərmanlara çox aludə olmayın. Çünki sizdə asıllıq yarada bilər. Əsəb sakitliyi üçün dəm otu, dazotu, may otu bunların hərəsindən 1 çay qaşığı götürülür dəmlənilir. Gündə 2-3 dəfə çay əvəzi içilir. 20 gün içilməlidir. 
 
Gecə boyunca çəkilən yuxu, gün ərzində enerji zəifliyi, halsızlığa, baş ağrısına, yorğunluğa və hətta bədbəxtliyə belə səbəb ola bilər.
 
Rahat və şirin yuxu üçün isə çox sadə üsulları bilmək lazımdır. 
 
Yuxusuzluq problemi çəkirsinizsə, yataq otağına səhər günəşi işığının düşməməsinə diqqət yetirin.
 
Yataq otağınızda yuxunuza mane olacaq televiziya, mobil telefon, kompüter kimi texnologiya əşyalarını saxlamayın.
 
Yataqda yatdığınız zaman gün ərzində yaşanılanları ya sabahsı günün planlarını fikirləşməməyə cəhd edin. Düşündüyünüz hər an və ya plan yuxunuza mane olacaq.
 
Həddindən artıq yemək yemək yuxu problemlərinə və yuxu görməyə, narahat yatmağa səbəb ola bilər. Bu səbəblə yatmazdan təxminən iki saat əvvəl artıq yeməyinizi yemiş olun .
 
Rahat yuxu yatmaq istəyirsinizsə, yatmazdan əvvəl ilıq bir duş həm günün yorğunluğunu üzərinizdən götürəcək, həm də yuxu probleminizi ortadan qaldıracaq.
 
Yatmazdan əvvəl 30 dəqiqə gəzinti də şirin yuxuya səbəb olar.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN