Həyatın Adi Sevincləri

0
5947
Həyatın Adi Sevincləri

Bəzən həyatda insanlar cox xırda şeylərdən belə zövq ala bilirlər. Fransa Psixoloqlar Assosiasiyası "Həyatın  adi sevincləri" adlı insan hissləri reytinqi hazırlayıb. Bu reytinqi sizə təqdim edirik :

 
1. Supermarketdəki arabada sürüşmək
 
2. Sübh çağına qədər yatmamaq
 
3. Uzun müddət çimməyəndən sonra isti duş qəbul etmək
 
4. Sürücülük vəsiqəsi aldığın günün səhəri: anlayırsan ki, maşına oturub istədiyin yerə sürə bilərsən.
 
5. İlk dəfədən ideal, paralel maşın saxlamaq.
 
6. İsti asfalta düşən yağışın qoxusu
 
7. Qar xışıltısı
 
8. Məşqdən sonra əzələlərin ağrısı
 
9. Gəlmələrindən əvvəl mənzilin yığışdırılmasına ehtiyac duyulmayan qonaqlar
 
10.Uzaqdan dəqiq zərbə ilə zibil qutusuna nə isə atmaq
 
11.Təzə aldığın paltarı geymək
 
12.Yerindən tərpənən qatara minmək.
 
13.Təzə bişmiş çörəyin ətri
 
14. Zəngli saatın səs salmasından 1 saat əvvəl yuxudan ayılmaq və yenidən yatmaq üçün 1 saatın olduğunu bilmək
 
15. Eşitdiyin melodiyanın hansı filmdən olduğunu  hamıdan tez xatırlamaq
 
16. Təyyarədən duşəndən sonra qulaqların yenidən eşidə bilməsi
 
17. İş günündən sonra təzə ayaqqabını çıxararaq dincəlmək
 
18. Uşaqlıqda duyduğun qoxunu təsadüfən haradasa duymaq
 
19. İsti yay axşamı maşının pəncərəsindən qolu çölə çıxarmaq
 
20. Baharda açıq pəncərədən eşidilən, asfaltla yeriyən qadının hündürdaban ayaqqabılarının səsi
 
21. Yayın istisində başı daz qırxdırmaq
 
22. Tam azad və sərbəst olduğun gün
 
 
Bəs, siz  bu sevinclərdən hansını yaşamısız ?
 

ŞƏRH YAZIN