Yılmaz Ərdoğanın Söylədikləri..

0
3743
Yılmaz Ərdoğanın Söylədikləri..

Kədərlənmirəm.. Çünki həyatımdan çıxan heç kimin həyatımda yeri yoxdur. Düşünürəm də dəyərsizlərə bu sətirlər belə çoxdur

Bir yuxunun ən gözəl yanı səninlə oyanmaqdır. Səndən uzaq bir yuxuyla aldada bilmirəm heç bir gecəni. 
 
Küskünlüyüm həyata deyil, içindəki beş qəpik etməz insanlaradır. Bezginliyim isə, onların üzünə baxmaq məcburiyyətində qalmağımdır.
 
Adam kimi' sevmələrin qadağan edildiyi bir yerdə, nə qədər sevsən o qədər acı çəkərsən.
 
Bir eşqi paylaşmaq üçün çox gecdir, Bir paylaşmaya aşiq olmaq üçüncə tezdir.
 
Sən, bir riyaziyyat bərabərsizliyində bilinməyənsən. Aydın oldu; 'tək buraxaraq həll edəcəyəm səni.
 
Sənin kimi olmaq var; amma Allah məni 'insan' olaraq yaratdı.
 
Çirkli bir uşaq üzüyəm qapında.. amma dünyanın ən təmiz gözləriylə baxıram sənə! Şəkər deyil istədiyim, ürəyini qoy ovuclarıma!
 
Söyləmək istəyib də söyləyə bilmədiyim çox şey var.. kiminin üzünə kiminin gəlmişinə, keçmişinə.
 
Doğuşdan çarəsi olmayan bir xəstəliyim var: Hər gördüyümü insan zənn edirəm.
 
Çox əhəmiyyətsiz hesab edirəm kimsəni, yalnız gülürəm içimdən. Ətrafımdakı insanlardan deyil, İnsan kimi görünən varlıqlar üzündən . 
 
Corab dəyişdirər kimi sevigili dəyişdirən, hər yeni əlaqədə təmiz səhifə açdım deyənlərə səslənirəm: Sizin dəftər neçə vərəqlidir ?
 
Mən stəkan qırsam şikəstəm, Anam qırsa nəzərdi. Atam qırsa o stəkanın orada nə işi var . 
 
Birini seviriksə sərbəst buraxacaqmışıq, dönsə bizimmiş dönməzsə heç bizim olmayacaqmış. Göyərçin bəsləyirik sanki.
 
Gəl! gözləyirəm, Ürəyimi qır yenə, canımı yandır! daha da ağrıt hətta.. Səni başqasıyla düşünməkdən daha çox ağrıtmaz onsuz
 
Qırıq hər bir parçamız. .Yenə də xoşbəxtik; artıq acı çəkəcək və ya çəkməyə səbəb olacaq bir parça duyğusi belə yoxdur içimizdə. 
 
Son siqaretim kimi idin sən sevimli, qıya bilməzdim içməyə.. O cibimdə qırıldı, Sən ürəyimdə.
 
Qısqanclıq filan deyil ki bu. Mənim olanı başqasıyla paylaşa bilməm. O qədər.
 
Gedə bilərsən ya da məni unuda bilərsən. Amma mən yoxmuşam kimi etsən əgər, heç olmamısan kimi davranaram! 
 
O qədər yoruldum ki artıq heç bir şeyə təəccüblənmirəm.. Və vecimdə deyil heçkimsə, Nə halım varsa görməklə məşğulam
 
Sən; Onun soruşduqlarına cavab verməyə belə tənəzzül etməzsən, O səni susdurduğunu sanar. Həyatdı..
 
Bədbəxtəm, Çünki hər kəs kimi saxta deyiləm və kimsə kimi rol etmədim. Bədbəxtəm, Çünki sevmədiyim birinə 'eşqim' deyib sarılmadım.
 
Heç kim sevgilisinə mənim üçün nə etdin? deməməlidir.. 6 milyard insanin içində səni tapmıb, daha nə etsin.
 
Mən sənin, məni sevə bilmə ehtimalını sevdim.
 
Yazıçılıq, yazmaq: uydurmaq deyil seçməkdir.
 
Məndə sənə çatacaq qədər mən qalmadı.
 
Mən gedərkən ən çox səni apardım.
 

ŞƏRH YAZIN