Uşaqlara İstəmədən Öyrətdiyimiz Səhvlər Nələrdir?

0
2481
Uşaqlara İstəmədən Öyrətdiyimiz Səhvlər Nələrdir?

Bir çoxumuzun beynində həyatımızla bağlı formalaşmış, düzgün olmayan və mənfi  düşüncələr vardır. Məsələn, çox pulda haram var, övladın varsa, deməli dərdin var, bütün kişilər/qadınlar eynidir kimi tez – tez istifadə olunan cümlələr uşaqların da hafizəsinə eynilə yerləşər və onlar öz həyatlarını  fərqində olmadan bu düşüncələr üzərində qurarlar. Gündəlik həyatımızda istifadə etdiyimiz bəzi atalar sözləri də təəssüf kimi neqativ yönümlü təsir göstərər. 

• Pul əl çirkidir – pul gələr və gedər, xeyrini görməzsən.
 
• Meyvə verən ağac daşlanar – bacarıqlı və uğurlu olsam insanlar məndən uzaqlaşar və heç kim məni sevməz.
 
• Xətir üçün çiy toyuq yeyərlər – istəməsəm də edim, yoxsa insanlar məni kənarlaşdırarlar, qayğı problemi formalaşar.
 
• Körpünü keçənə qədər ayıya dayı de – maska taxmaq bəzən yaxşı bir şeydir, rol oynayım. 
 
Bu örnəklərlə böyüyən uşaq həyatına bu inanclarla bağlı mənfi hadisələri özünü çəkməyə başlar. Son nəticə olaraq  həyatından kifayət qədər zövq almayan şəxslər  yetişər.
 

ŞƏRH YAZIN