Ətrafınızı Düzgün Seçin.

0
2760
Ətrafınızı Düzgün Seçin.

Həyatınızda hər zaman faydalı işlər görən və sizə hər bir işinizdə dəstək olan  insanlara üstünlük verin. Hədəflərinizi və məqsədlərinizi sizə yaxşı məsləhət verə bilən  insanlarla paylaşın.

Əgər siz arıxlamaq istəyirsinizsə idman zalına gedin və elə insanlarla ünsiyyət saxlayın ki, artıq istədiyi çəkiyə qovuşmuş olsun.Onların enerjisi istər-istəməz sənə də təsir edəcəkdir. Sən də istəsən onlar kimi uğur qazana biləcəyini dərk edəcəksən.Belə insanların enerjisi çox güclü motivasiya mənbəyidir.

Əgər siz öz karyeranızı qurmaq istəyirsənsə özünü bu sahədə sınayıb, praktika qazanmış insanlarla məsləhətləşin, çünki onlar sizi doğru istiqamətləndirəcəklər.
 
Daima pozitiv qalmaq, deyib-gülmək istəyirsinizsə çevrənizdə olan mənfi düşüncəli insanlardan, mənfi enerji ötürənlərdən uzaqlaşın.
 
Hər kəs ətrafında hər zaman düzgün insanlar görmək istiyər.Ancaq gördüklərimiz ürəyimizi açmırsa ətrafımızı dəyişməliyik.İnsanların bəzən başına gələnlərin, düşmüş olduqların vəziyyətin səbəblərindən biri də onların düzgün seçilməmiş əhatəsidir. Bu isə mənfi nəticələr doğurur.
 

ŞƏRH YAZIN