Reallıqlar Xəyallardan Daha Üstündür!

0
2258
Reallıqlar Xəyallardan Daha Üstündür!

Bir zamanlar öz apardığı təcrübələri nəticəsində xeyli kəşflər edən bir astronavt vardı.O,tez –tez gecələr səmaya ulduzlara baxar və onları müşahidə edərdi.

Bir dəfə də o ulduzlara baxarkən ayağı büdrüyür  və quyuya yıxılır.O,qışqıraraq kömək istəyir.
 
Ordan keçən bir adam onun səsini eşidir və ona quyudan çıxmaq üçün kömək əlini uzadır.Astronavtı quyudan çıxardandan sonra:”Sən quyuya necə oldu ki düşdün?”deyə sual verir.
 
Astronavt :”Mən ulduzlara baxmağa elə dalmışdım ki,quyunu heç hiss etmədim” deyir.
 
Adam soruşur :”Sən ayağının altındakı yerləri kəşf etməkdə hələ uğur qazanmadan öz kəşflərindən nə gözlüyürsən ki ?”
 
Astronavt kədərli halda ordan ayrıldı.
 
Bu hekayə əslində bizə çox şeyi sübut edir.İnsan reallıqlarnan xəyalları ayırd etməyi bacarmalıdır və unutmuyaq ki reallıqlar xəyallardan daha üstündür!Bunun üçün ən birinci real hadisələrə diqqət yetirməliyik!
 

ŞƏRH YAZIN