Konfutsidən həyat dərsi...

0
15249
Konfutsidən həyat dərsi...

1. "Nə qədər asta getməyiniz vacib deyil, o vaxta qədər ki, dayanmayasınız"

2. "Sizdən daha yaxşı  olmayan insanlar ilə heç zaman dostluq qurmayın"
 
3. "Nifrət etmək asan, sevmək çətindir. Həyatımızda bir çox nüanslar məhz buna əsaslanır. Yaxşı olan hər şeyə nail olmaq çətindir, pislik qazanmaq isə əksinə çox asandır"
 
4."Həyat gözləntiləri əzmkarlıqdan və çalışqanlıqdan asılıdır. Öz işini təkmilləşdirmək istəyən mexanik, əvvəlcə alətlərini hazırlamalıdır"
 
5."Əslində səhv etməkdə qorxulu heç nə yoxdur, lazımı təcrübəni qazandıqdan sonra bu səhvi daima özünüzə xatırlatmayın. Boş şeylərə görə əziyyət çəkmməyin, özünüzü incitməyin. Yol verilən səhvlər heç də bağışlanmaz cinayətlər deyil. Səhvlərə gününüzü korlamaq imkanı verməyin. Neqativ düşüncələrin fikrinizə hakim kəsilməsinə izn verməyin. Səhv etməkdə qorxulu heç nə yoxdur! Səhvlərinizi bayram edin"
 
6."Qəzəbli olanda nəticələr haqqında düşünün"
 
7."Əgər hədəflərə nail olmağın mümkünsüzlüyü, özünü aşkar göstərərsə, hədəflərə deyil, hərəkətlərə düzəliş edin"
 
8."Əgər mən digər iki insanla yol gedirəmsə, onda onlardan hər biri mənim müəllimim rolunda çıxış edəcək. Mən onlardan birinin müsbət cəhətlərini təlqin etməyə, digərinin isə mənfilərini özümdə korrektə etməyə çalışacağam”
 
9."Həyatda nə ilə məşğul olmağınızdan asılı olmayaraq, gördüyünüz işə ürəyinizi qoyun"
 

ŞƏRH YAZIN