Həyatdan Məmnun Qalmaq Üçün..

0
2634
Həyatdan Məmnun Qalmaq Üçün..

Özünüzü işdə, ailə- dost münasibətlərində və əlavə maraqlarda cəmləşdirin. Fikrinizi işinizə yönləndirin. Daim özünüzə xatırladın ki, nəyə nail olmaq istəyirsiniz. Əgər şəxsi məqsədləriniz, arzularınız yoxdursa, özünüz üçün bir neçəsini müəyyənləşdirin. Hər hansısa yol seçiminin sizin əlinizdə olduğuna inanın. Problemlər və məğlubiyyətlər qaçınılmazdır. Amma siz vəziyyəti nəzarətə aldığınız an çətinliklər sizdən qaçmağa başlayır. Sonra yenidən irəliyə doğru addımlamağa başlayırsınız.

Həyatınızda yaxşı olan şeyləri görün və onlarla qürur duyun. Əlbəttə, bu bəzən heç də asan olmur. Əksəriyyətimiz iqtisadi və ya şəxsi problemimizlə əlaqədar  mübarizə aparırıq. Bəzən məyus oluruq.Ancaq hər zaman gözəl fürsətləri görmək üçün imkan vardır.Bu fürsətləri heç bir zaman gözdən qaçırtmayın.
 
Keçmişi keçmiş kimi qəbul edin. Sizi incidən insanları bağışlayın, bunu onlar üçün deyil, özünüz üçün edin. Bundan sonra hər şey sürətlə dəyişməyə başlayar. Bu ilk və əsas addımdır.
 
Heç bir şübhə yoxdur ki, həyat yetərincə çətindir, ancaq məsələ budur ki, biz bu çətinliyi ona göstərdiyimiz münasibətlə daha da çətinləşdiririk. Bəlkə də həddindən artıq yoxsulluq və aclıqdan  əlavə olaraq xoşbəxtlik və bədbəxtlik bizim ətrafımızdakı dünyaya göstərdiyimiz təsir nəticəsində düşüncəmizin müxtəlif vəziyyətləridir. Onlar günün hər bir anında bizim üçün əlçatan olan seçimlərdir.
 

ŞƏRH YAZIN