Xoşbəxt Bir Evliliyin Təməl Qaydası

0
2625
Xoşbəxt Bir Evliliyin Təməl Qaydası

Cütlüklərin birlikdə keyfiyyətli vaxt keçirmələrinin qarşısını alan ən böyük maneə vaxt problemidir. Lakin, bu mövzuda həqiqətən məqsədli və qərarlı olduqlarında mütləq ortaq bir zaman tapa biləcəklər. Bunun üçün gün ərzində nələrə vaxt sərf etdiyinizi düşünün. Onları qeyd edin. Hansılarından imtina edə biləcəyinizə qərar verin.

Həftədə ən azı iki saat müəyyən bir gündə yalnız həyat yoldaşınızla baş-başa edəcəyiniz bir şeyə ayırın. Əvvəlcədən qarşı tərəflə vaxt və tarixi müəyyən edin. Birlikdə qərar verdiyiniz gün və saata sadiq qalaraq bir arada olmağa çalışın və bu saatları tək başına keçirməyə cəhd edin. Ən azı üç ay bu plana sadiq qalmağa çalışın. Bunun münasibətinizi nə qədər yaxşılaşdırdığınızı görmək sizi sevindirəcəkdir.
 
Həyat yoldaşınızla keçirdiyiniz vaxtın keyfiyyəti də vacibdir. Seçəcəyiniz fəaliyyətlərin həyat yoldaşınızla qarşılıqlı münasibətinizi gücləndirəcək xüsusiyyətə malik olmasına diqqət yetirin.
 
Həyat yoldaşınız və uşaqlarınızla birlikdə vaxt keçirərkən xərclədiyiniz pula deyil, keçirdiyiniz zamana əhəmiyyət verin.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN