Xoşbəxt olmaq üçün sadə məsləhətlər

0
3455
Xoşbəxt olmaq üçün sadə məsləhətlər

Xoşbəxt olmaq üçün elədə böyük şeylər etməyə ehtiyac yoxdu.Əgər istəsəniz xırda şeylərdən də xoşbəxt ola bilərsiz.Bunun üçün sadə məsləhətlərə diqqət edək:
 
1.Gəzməyə çıxın 
Sevdiyiniz insanlarla birlikdə gəzməyə çıxın.Sizin üçün maraqlı olan bir yerə gedin.İstədiyiniz hər hansı bir yerə.Bu sizin əhvalınızı qaldıracaq.
 
2. Yuxu miqdarını artırın
Erkəndən yatın. Yuxu miqdarını artırmaq stress səviyyənizi salar və oyandığınızda gün içində uğurlu olmağınız üçün sizə enerji təmin edər.
 
3. Yaxşılığı unutmayın
Sizin üçün yaxşılıq edən, sizə kömək edən insanlara təşəkkür etməyi unutmayın. Bu ikinizin də üzündə bir gülümsəmə yaradacaq.
 
4. Qarşınızdakı insanı tərifləyin 
Qarşınızdakı insanın sevdiyiniz bir xüsusiyyətini söyləmək sizə də yaxşı gələcək. 
 
5. Bir gəzinti planlayın
Bəzən hər şeydən uzaqlaşmaq istəyərsiz.Yaxın ya da uzaq bir yerə gəzintiyə çıxmaq irəliyə baxmanıza da böyük kömək olar.
 
6. Gülmək üçün bir şeylər edin
Gülmək ən yaxşı dərmandır.Məsələn bir komedi filmi alıb izləyə bilərsiniz. Hətta bir axşam stend-up nümayişinə gedə bilərsiniz.
 
7. Masaj etdirin
Qısa bir müddət də olsa rahatlamaq sizə çox yaxşı gələcəkdir. Günorta yeməyini masanızda yemək yerinə, ən yaxın sauna ya da hamama gedib masaj kreslosuna oturun. Bu masaj kürəyinizə və boyunuza çox yaxşı gələcək.
 
8. Ən sevdiyiniz geyimlərinizi geyin 
Hansı geyimi çox sevirsiz hansında özünüzü rahat hiss eliyirsiz onları geyin. Beləcə özünüzü daha xoşbəxt hiss edəcəksiniz, gün boyu üzünüzdən gülümsəmə əskik olmayacaq.
 
9. Bilməcə həll edin
Çətin bir bilməcəni uğurlu bir şəkildə tamamlayıb özünüzə olan güvən və cəsarəti artıra bilərsiz. 
 
10. Şəkil çəkdirin
Sevdiyiniz insanlarla birlikdə hər hansı bir yeri gəzərkən onlarla bir şəkil çəkdirin. Bunu işyerində ya da evdə masanızın üzərinə yerləşdirin. Bu sizə sevdiyiniz insanlarla birlikdə xoşbəxt olmaq üçün ağlınızda bir çox şeyləri canlandıracaq.
 
 
 

ŞƏRH YAZIN