Bəzən Fərqli Üsullar Da Sınamalısınız.

0
2267
Bəzən Fərqli Üsullar Da Sınamalısınız.

Bəzən problemləri fərqli düşünmək, hadisəni analiz etmək və vurmadan-incitmədən həll etmək lazımdır. Bu şəxsi inkişaf hekayəsi bu mövzunu izah edir.

Yaşlı bir adam təqaüdə ayrılır və özünə bir məktəbin yanında kiçik bir ev alır. Təqaüdə çıxdığının ilk bir neçə həftəsini dinclik içində keçirər, amma sonra dərs ili başlayar. Məktəblərin açıldığı ilk gün dərsdən çıxan şagirdlər yollarının üzərindəki hər zibil bidonunu qışqırıb çağıraraq təpikliyərlər. Bu çəkilməz səs-küy günlər sürər və yaşlı adam bir tədbir görməyə qərar verər.
 
Ertəsi gün uşaqlar səs-küylə evinə doğru yaxınlaşarkən, qapısının önünə çıxar, onları dayandırar və "Çox şirin uşaqlarsınız, çox da əylənirsiniz. Bu sevincinizi davam etdirməyinizi istəyirəm sizdən. Mən də sizlərin yaşındaykən eyni şəkildə səs-küylər çıxarmaqdan xoşlanırdım, mənə gəncliyimi xatırladırsınız. Əgər hər gün buradan keçər və səs-küy etsəniz sizə hər gün 1 manat verəcəm " deyər. Bu təklif uşaqların çox xoşuna gələr və səs-küyü davam etdirərlər. Bir neçə gün sonra yaşlı adam yenə uşaqların önünə çıxır və onlara belə deyir, "Uşaqlar inflyasiya mənə də təsir etməyə başladı, bundan belə sizə yalnız 50 qəpik verə bilərəm."
 
Uşaqlar çox xoşlanmazlar, amma yenə davam edərlər səs-küyə. Aradan bir neçə gün daha keçər və yaşlı adam yenə qarşılayar onları. "Baxın" deyər, "Hələ maaşımı ala bilmədim buna görə sizə gündə ancaq 25 qəpik verə bilərəm, yaxşımı?" "Qeyri-mümkündür, cənab" deyər içlərindən biri, "Gündə 25 qəpik üçün bu işi edəcəyimizi düşünürsünüzsə yanılırsınız. Biz işi buraxırıq."
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN