Ətrafımıza Necə Pozitivlik Yaya Bilərik?

0
2651
Ətrafımıza Necə Pozitivlik Yaya Bilərik?

1. İlk öncə özünüz pozitiv olmağa çalışın. Əgər siz azda olsa gözəl emosiyalarınız və xoşbəxtliyinizi bölüşmək istəyirsinizsə, ilk öncə özünüzün pozitiv olmağınız lazımdır! Xoş əhval-ruhiyyənin və xeyirxahlığın insanlara necə təsir göstərdiyinə fikir verin. Səmimi olun və buna sahibsinizsə ürəkdən bölüşün.

2. Sadə bir gülüş ətrafınıza xoşbəxtlik yaymaq üçün mükəmməl bir üsuldur. Gülümsəmək təkcə üz mimikalarınızın məşqi deyil, bu həm də qəlbinizin məşqidir. Hərkəs onları ürəkdən güldürəcək nələrəsə sahibdir. Həyatda ən xırda şeylərdə belə sevinc tapmağa çalışın. Və ətrafınızdakı insanlara da onu axtarmağa kömək edin.
 
3. Nəzakətli olun. Müasir insan bəzən incə ünsiyyət etiketləri haqda unudur. Bunu növbədə gözləyərkən, nəqliyyatda, hətta mağazada belə unutmayın. İnanın, nəzakətli olmaq çox mühüm və çox dəyərlidir. Uşaqlıqdan eşitdiyiniz "sehirli sözlər" həqiqətəndə mövcuddur. Və ətrafınızda olan istənilən insanın əhval-ruhiyyəsini qaldırmağa qadirdir. Biraz diqqət, empatiya və minnətdarlıq, insanlara özünü yaxşı hiss etmək üçün bunlardan savayı çox az şey lazımdır.
 
4. İnsanlara xoş sürprizlər edin. Sevdiklərinizə kiçik bir hədiyyə və yaxud gül buketi verə bilərsiniz.Əgər bunu edə  bilmirsinizsə, kompliment deməkdən və ya sadəcə qucaqlamaqdan çəkinməyin. Elə belə, səbəbsiz edin. İnanın ki, bu çox önəmli və çox dəyərlidir.
 
5. Öz bilik və bacarıqlarınızla bölüşün. İstənilən məlumat xeyirli bəzən isə qiymətsizdir. Odur ki, paxıllıq etməyin və sahib olduqlarınızla bölüşün. Əgər siz nəsə bilir və ya bacarırsınızsa bunu qarşıya ötürün. Valideyinlərinizə, dostlarınıza və iş yoldaşlarınıza kömək edin. Misal üçün qonşu uşaqlarına pulsuz ingilis dili dərsi verin və ya yaşlı qohumlarınıza kompyuterdən istifadə etməyi öyrədin.
 
6. Pozitiv fikirlər saçın və yaxşı şeylər danışın. Pozitiv sözlər qeybətdən və başqa insanların arxasınca danışmaqdan çox daha yaxşıdır. Həmişə öz pozitivliyinizi ətrafınızdakılar ilə bölüşün. Qoy paylaşdığınız gözəl şeylər torpağa düşmüş, gələcəkdə çoxlu məhsul gətirən toxum olsun.
 
7. Kimsə üçün həqiqi qəhrəman olmaq. Kiminsə gözlərində həqiqi qəhrəman olmaq heç də gücünüz yetməyəcək bir şey deyil. Siz yardıma ehtiyacı olan birinə kömək etməyə hazır olmaq üçün ilkin yardı kurslarına yazıla bilərsiniz. Və ya iş yoldaşınıza layihəsini uğurla bitirə bilməsi üçün işdən sonra qalıb biraz kömək edə bilərsiniz. Yeməyinizi küçədə yaşayan heyvalarla bölüşün və ya əşyalarınızdan evsizlərə verin. Bununla siz bəlkə uzun müddət olmasa belə onları xöşbəxt etmiş olacaqsınız. Başqalarında yaratdığın xöşbəxtliyi görmək, bax bu həqiqətən də əvəzsizdir.
 

ŞƏRH YAZIN