Siz kimsiniz?

0
6361
Siz kimsiniz?

Ilk baxışda sizə xoş gələn şəkli seçin və xarakterik xüsusiyyətləriniz haqqında oxuyun:

1. Əliaçıq və şən

Siz həmişə çalışırsınız ki, yaxşılar siyahısına düşəsiniz. Yüksək tələbatlarınız və planlarınız var. İnsanlar düşünə bilər ki, sizinlə ünsiyyət qurmaq çətindir, amma əslində siz özünüzlə ünsiyyətdə çətinlik çəkirsiniz. Siz ciddi-cəhdlə çalışırsınız, amma eqoist deyilsiniz. Siz çalışırsınız ki, dünyanı daha gözəl bir məkana çevirəsiniz. Siz incinənə qədər sevirsiniz. Sonra isə... yenə də sevməkyə davam edirsiniz. Az sayda insan sizin  müsbət cəhətlərinizi görə və qiymətləndirə bilir.
 
2. Cəlbedici və doğrusözlü
 
Başqalarının qayğısına qalmağı sevən və məsuliyyətli birisiniz. Vicdanlı işlərə inanırsınız və asanlıqla məsuliyyəti öz üzərinizə götürürsünüz. Gözəl xasiyyətiniz var. İnsanlarda inam yaratmağı bacarırsınız. Parlaq fikirli, çevik və ağıllısınız. Sizdə həmişə danışmağa maraqlı şeylər olur.
 
3. Ağıllı və dalğın
 
Xəyalpərəstsiniz. Sizin üçün ən vacibi xəyallarınız və ideyalarınızdır. Öz nəzəriyyə və fikirlərinizi təklikdə düşünməyi sevirsiniz. Siz oxumağı və düşünməyi sevən insanlarla asanlıqla ünsiyyət qura bilirsiniz. Heç vaxt səthi düşünmürsünüz, hadisələrin dərinliyinə varmağı bacarırsınız. Tərbiyə, əxlaq, mədəniyyət barədə çox düşünürsünüz. Hətta ətrafınızdakıların çoxu sizinlə razılaşmasa belə, hər zaman ən doğru yolu seçirsiniz.  
 
4. Fəlsəfi və gözüaçıq
 
Siz unikalsınız, tayınız-bərabəriniz tapılmaz. Hətta çevrənizdə sizə azca da olsa oxşayan biri yoxdur. İntuisiyalarınıza güvənən və bir az da şıltaqsınız. Sizi tez-tez yanlış anlayırlar və bu sizi yaralayır. Sizə şəxsi boş məkan lazımdır. Yaradıcılığınızı inkişaf etdirməlisiniz və ətrafdakılar da buna hörmət etməlidirlər. Həyatın qaranlıq və işıqlı tərəflərini dəqiq görən insansınız, həm də çox emosionalsınız.
 
5. Əmin və hakim
 
Heç kimdən asılı deyilsiniz. “Özüm edərəm” prinsipi ilə yaşayırsınız. Yalnız özünüzə arxalanırsınız, özünüzə və dəyər verdiyiniz insanlar üçün güclü olmağın yollarını bilirsiniz. Siz nə istədiyinizi bilir və onları qazanmaqdan da çəkinmirsiniz. İnsanlardan tələb etdiyiniz yeganə şey sizə qarşı səmimi olmalarıdır. Hər cür həqiqətlərə hazırlıqlısınız.
 
6. Mehriban və həssas
 
Siz insanlarla çox rahat münasibət qura bilirsiniz. Dostlarınızın  çoxdur və onların həyatlarını yüngülləşdirməyi sevirsiniz. Xoş auranız var. İnsanlar sizin yanınızda özlərini çox rahat hiss edirlər. Hər gün daha da yaxşı olmağın yollarını düşünürsünüz. Unikal, gözüaçıq və maraqlı və diqqətli olmağa çalışırsınız. Sevgi sizə dünyadakı hər kəsdən çox lazımdır. Hamını, hətta qarşılıqsız da sevməyə hazırsınız.
 
7. Xoşbəxt və soyuqqanlı
 
Siz qayğıkeşsiniz və ətrafınızdakıları rahatlıqla başa düşürsünüz. İnsanları tənbeh etmədən uzun – uzun dinləyə bilirsiniz. Düşünürsünüz ki, həyatda hər kəsin öz həyat yolu var. Siz hadisələri və insanları asanlıqla qəbul edirsiniz. Səbirli insansınız və sizi özünüzdən çıxarmaq asan iş deyil. Zamanınızı həmişə gözəl keçirirsiniz və öz yolunuzdan dönmürsünüz.
 
8. Heyrətamiz və enerjili
 
Siz gülməli və şən insansınız. Bütün dünya ilə harmoniyadasınız. Həyəcan və ruh yüksəkliyi ilə dolu bir insansınız. Siz hər şeyin lehinəsiniz. Ən əsası isə macərapərəstsiniz. Ətrafınızdakı insanları tez-tez təəccübləndirməyi bacarırsınız. Hər zaman özünüz kimi qalırsınız. Sizin üçün hər şey maraqlıdır və başınızı asanlıqla maraqlı işlərə qata bilirsiniz. Əgər sizi bir şey maraqlandırmağa başlasa, onu tamamilə, cidd-cəhd ilə öyrənməmiş rahatlıq tapmırsınız. 
 

ŞƏRH YAZIN