Dostlar həyatımızın vacib bir parçasıdır

0
2102
Dostlar həyatımızın vacib bir parçasıdır

Dostlarımız bizim güzgümüzü əks etdirən həyatımızın ən vacib bir parçasıdır.

 
Dostlar həyatımıza məna qatır və  təcrübələrimizi zənginləşdirir ,xoşbəxtlik verir və problemlərimizi paylaşırlar . Yemək,  su və sığınma xaricində dördüncü bir ehtiyacımız varsa, onun insanla qarşılıqlı təsiri ,yaxınlıq və dostluq olduğunu deyə bilərik.Əgər  həyatınızda mühüm dəyişikliklər olsa - yeni bir işə başlasaz,ya uğur əldə etsəz ya da birini sevdiyiniz zaman - və ətrafınızda bu xəbərləri paylaşacaq biri olmasa, bütün bunların nə mənası olar ? " Sənin üçün çox sevindim" deyəcək biri olmasa,ya da ən pis vaxtlarınızda  sizi yaxın bir dostunuzun təsəlli etməsindən daha çox nə rahatlaşdıra bilər?
 
Bir dost seçmək asand deyil,hamımızın həyatında dostumuz olduğunu fikirləşdiyimiz ən az bir insanın bizi yarı yolda qoyduğu vaxtları yaşamışıq.Qəbul etməyimiz çətin olduğu bu təcrübələr , ruhani inkişafımız üçün əslində vacibdir və öyrənirik ki səhv bir dostluqdansa bəzən tək olmaq daha yaxşıdır... 
 
Dostluq  edəcəyimiz insanı diqqətlə seçmək vacibdir.Bu həyatlarımız üzərində buraxacağları təsiri  fikirləşdiyimizdə daha başa düşülən  olur. " Mənə dostunu danış , sənə kim olduğunu deyim"  sözündəki kimi bizə ən yaxın beş insanın ortalama say fərqiyiq. Və bu onların həyat tərzləri , davranışları , gəlirləri kimi şeylərlə əlaqəli bir oxşarlıqdır ...
 
Əgər hər zaman asan yola üz tutan , həddindən artıq yalanlar danışan , tez-tez üzr istəyən , paxıl , lağa qoyan  və məsuliyyətsiz biri ilə dostluq qursanız siz də nə zamansa bu vərdişləri qəbul edəcəksiz və tətbiq etməyə başlamağınız çox da çəkməyəcək. Əvvəllər fikirləşməyə belə vaxt ayırmadığınız şeylər təzə bir perspektiv halına gələcək və standartlaşacaq. Əgər qurdlarla qaçsanız ulamağı öyrənəcək və bir güzgü kimi dostlarınızın davranışlarını əsk etdirəcəksiniz , yaxşı və ya pis .
İndi bir anlıq dayanın və bu zamanda olduğunuz insan ilə iki il əvvəlki halınızı bir biri ilə müqayisə edin.
 
Dəyişiklik öz əlinizdədir, digər insanların ortalama vəziyyətini altdan aldığınız halda , siz öz həyatınızda da adiliyi qəbul etmiş olacaqsınız.Dəyişməyinizi istəməyən dostlarınız üçün  edəcəyiniz bu dəyişiklik daha da ağır olacaq . Hətta bəzən illərcə sizi özləri olduqları yerə çəkməyə çalışan bu insanlar və bu an sizinlə tam o nöqtədə olduqca rahat hiss edən insanlar,sizin narahat olmağınızı və içlərindən ayrılıb qabağa baxmağınızı qəbul etməkdə əlbəttə çətinlik çəkəcəklər  . Bir gün təmamilə təsirlərindən çıxdığınızda  və böyük  ehtimalla onlar  eyni yerdə izləyərkən siz daha yaxşı bir vəziyyətdə olduğunuzda bunu həzm etməklərini  necə gözləyə bilərsinizki ?Paxıllıq qaynaqlı olmaya da bilər , sadəcə qorxmuş ola  bilərlər amma sizin cəsarətinizi öldürəndə onlardır . Tez bağışlayın və uzaqlaşın yanlarından ...
 
Bəzən sizinlə irəliləmək istəməyənləri arxada buraxmaq məcburiyyətində qalarsız ,  əgər ortaq istəkləriniz bir deyilsə və orada qalmaq istəyirlərsə sizin getməyinizə icazə verməlidirlər.Onların həyatlarına baxdığınızda sizin uğur qazanmaq istədiyiniz və səy göstərdiyiniz hansı sahədə çoxdan uğur əldə etdiklərini görürsünüz ? Əgər  müvəfəqiyyət əldə etmiş olsaydılar  sizin üçündə eynisini arzu etmiş olardılar. Beləliklə daha yaxşı birisi üçün çıxdığınız yolda uzun səfərdə , sadəcə daha əvvəl orada olanlardan məsləhət alın.Dostlar sadəcə əyləncə və yaxşı gün üçün mövcud deyildirlər.Paylaşmaq istədiyiniz problemləri hələ öz həyatları daxilində həll edə bilməyən insanların sizə faydası yox ,hər zaman ziyanı olacaqdır.Və zaman və enerjinizi yalan yerə sərf etmiş olacaqsınız. 
 
Çox vaxt , heç bir uğur qazanmamış insanların verəcək məsləhətləri də bir o qədər çox olur. Ancaq bu insanların sizin həyatınız haqqında fikir bildirməsini həqiqətən istəyərdinizmi?
 
Bu dünyada  üç növ insan olduğu deyilir . Baş verənləri izləyənlər , baş verənləri reallaşdıranlar , nə baş verdiyini başa düşməyənlər... Beləliklə bir şeyləri reallaşdırmağa bu gündən başlayın ! 
 
Sizin üçün yaxşı dostlar arzulayırıq,hər zaman yanınızda olacaq dostlar ən çətin anlarınızda belə səmimi qəlbdən olan dostlar ...Uğurlarınızı alqışlayacaq,düşdüyünüzdə qaldıracaq,yola davam edə bilmədiyinizdə sizi cəsarətləndirəcək , inadçı dostlar...
 
 
 

ŞƏRH YAZIN