Motivasiya Olunmağın 5 Kiçik Sirri

0
4100
Motivasiya Olunmağın 5 Kiçik Sirri

Yeni bir işə başlayan insanlara diqqət yetirsəz görərsiz ki, ilk zamanlarda işlərinə necə yüksək motivasiya ilə başlayırlar. Amma təəssüflər olsun ki ,bu belə davam etmir. Zamanla azalmağa başlayır. Bəs motivasiyamızı axıra qədər necə yüksək tutub, bunu uğur yolunda istifadə edə bilərik?

Motivasiya olunmağın 5 kiçik  sirri:
 
Özünüzü motivasiya verməyin yolların müəyyənləşdirin:
İnsanlara görə fərqlilik göstərsə də birçox insanın özünə görə motivasiya olduğu ünsürlər vardır. Bəs sizi həvəsləndirən şeylər nələrdir?
 
Hər hansı bir layihəyə başlamazdan əvvəl, o layihədə sizi həvəsləndirəcək ünsürləri tapmalısınız. Beləcə motivasiyanızı sabit şəkildə - üst səviyyədə tutaraq müvəffəqiyyət qazana bilərsiniz.
 
Başqasının enerjisinə toxunun:
Enerjinizin düşdüyünü düşünürsünüz? Onda, ətrafınızdakılara toxunun; onlarla əlaqə yaradıb danışın. Beləcə onların enerjilərindən faydalanıb özünüzü daha asan ruhlandıra bilərsiniz. Yanınızdakılarla əlaqə quraraq enerjinizi yeniləyib məqsədinizə doğru sağlam addımlarla irəli gedə bilərsiniz.
 
Edəcəklərinizi əvvəlcədən planlaşdırın:
Bir layihə üçün ilk addımı atdınız, bəs sonrası? Mütləq sonrakı addımın nə olacağını, necə olacağını əvvəldən düşünüb planlaşdırmalısınız. Bu, sizin qarışıqlıqdan uzaq bir formada məqsədinizə daha asan çatmağınızı təmin edər.
 
Əgər daha çoxunu istəyirsinizsə: layihədə bir sonrakı səviyyəyə aparacaq olan addımın detallarını qeyd dəftərinizə əlavə eləməlisiniz.
 
Zehin xəritənizlə yaradıclığınızı yeniləyin:
Ümumiyyətlə, insanların etməyə çalışdığı kimi; düşüncələrinizi və seçimlərinizi ağlınızda tutmaya çalışmamalısnız. Çünki zehniniz düşündüklərinizin sadəcə bir qismini yadda saxlaya bilər. Bu da ən dəyərli fikirlərinizi unutmağınıza səbəb olur, ya da daha detallı fikirləşməməyinizə gətirib çıxarır. Özünüzü unudur və ya düşüncə qarışıqlığında boğulmuş halda tapırsınız. Buna görə də bir düşüncə xəritəsi yaradın. Bu, zehninizdəki bilgi qarışıqlığını aradan qaldıracaq, eyni zamanda yaradıcılığını inkişaf etdirəcək.
 
Hər zaman B planınızı hazır tutun:
Planlarınız hər zaman düşündüyünüz kimi getməyə bilər. Gözlənilmədən istifadə edə biləcəyiniz bir B planınız mütləq olmalıdır. Kimi bilir, bəlkə də B planınız ilk düşündüyünüzdən daha yaxşı nəticələrə aparacaqdır.
 

ŞƏRH YAZIN