Sabah Heç Kimə Vəd Edilməyib

0
4332
Sabah Heç Kimə Vəd Edilməyib

Əvvəl evləndiyimizdə həyatın daha yaxşı olacağına inandırarıq özümüzü.

Evləndikdən sonra, bir çoxumuz uşaq anadan olandan  sonra, hətta bir dənə daha olduqdan sonra həyatın daha yaxşı olacağına inandırarıq özümüzü...
 
Sonra uşaqlar kifayət qədər böyük olmadıqları üçün əsəbləşər, onlar böyüyüncə daha xoşbəxt olacağımıza inanarıq. Bundan sonra yetkinlik dövrlərində uşaqlarla məşğul olmağımız lazım olduğu üçün qəzəblənərik.
 
Özümüzə, uşaqlarımız bu müddətdən çıxanda daha xoşbəxt olacağımızı, yeni avtomobil alanda, gözəl bir tətilə çıxanda, təqaüdə çıxanda, həyatımızın dörd-dördlük olacağını deyərik.
 
Həqiqət isə bu andan daha yaxşı bir zaman olmamasıdır. Əgər indi deyilsə nə vaxt? Həyatınız hər zaman mübarizələrlə dolu olacaqdır. Ən yaxşısı bunu qəbul edib hər nə olursa olsun, xoşbəxt olmağa qərar verməkdir. Ən çox sevdiyim sözlərdən biri Alfred D. Souzaya aiddir. Deyir ki:
 
"Uzun zamandan bəridir real həyatın başlanmaq üzrə olduğu təəssuratına qapılmışdım. Amma həmişə yolumun üzərində bir maneə, ilk növbədə çatılması lazım olan bir şey, bitməmiş bir iş, xidmət ediləcək zaman, ödənəcək borc olub. Sonra həyat başlayacaqdı. Sonunda anladım ki, bu maneələr mənim həyatımdı".
 
Bu fikir ağrısı, xoşbəxtliyə gedən bir yol olmadığını göstərdi. Xoşbəxtlik yoldur, yəni sahib olduğunuz hər anın qiymətini bilin və xoşbəxtliyi, vaxtınızı xərcləyəcək qədər xüsusi biriylə bölüşdüyünüz üçün ona daha çox dəyər verin. Unutmayın, vaxt heç kim üçün gözləməz.
 
Elə isə;
 
Məktəbi qurtarana qədər,
 
100 milyard əldə edənə qədər,
 
Uşaqlarınız olana qədər,
 
Uşaqlarınız evdən çıxana qədər,
 
İşə başlayana qədər, Evlənənə qədər,
 
Cümə gecəsinə qədər,
 
Bazar gününə qədər,
 
Yeni bir maşın ya da ev alana qədər,
 
Borcları ödənənə qədər,
 
Yaza qədər,
 
Yaya qədər,
 
Payıza qədər,
 
Qışa qədər,
 
Maaş gününə qədər,
 
Mahnınız söylənənə qədər,
 
Təqaüdə çıxana qədər,
 
Ölənə qədər.
 
Xoşbəxt olmaq üçün içində olduğunuz "andan daha yaxşı bir zaman olduğuna qərar vermək üçün gözləməkdən əl çəkin.
 
Xoşbəxtlik bir təyinat deyil, bir səfərdir.
 
Bir çoxları xoşbəxtliyi insandan daha yüksəkdə axtararlar, bəziləri də daha alçaqda. Halbuki xoşbəxtlik insanın boyu səviyyəsindədir.
 
Unutmayın, "Sabah heç kimə vəd edilməyib."
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN