Ağıl Nədir?

0
7742
Ağıl Nədir?

Ağıl düşünmə bacarığıdır.Dünyanın bütün canlıları içində insanlar digərlərindən ağıla, zəkaya görə seçilir.Ağıl həmdə fərqli şeylərin oxşar tərəfini və oxşarın fərqli cəhətini ortaya çıxarmaqdır.

İnsanlar ağıllarına görə bir-birindən fərqlənir.Çox az insan ağıllıdır və insanların çox az  hissəsi dahidir.İnsanlar hər mövzuda bir-birindən fərqli düşünürlər və eyni hadisəyə bir-birindən fərqli yanaşırlar.Eyni hadisəyə baxıb fərqli nəticə qazananlar, tamam fərqli ağıla sahib olduğuna işarədir.
 
İnsan beyni gündə 50.000- 80.000 fikir yarada bilən orqandır.Hər insanın beyni də eyni xüsusiyyətə sahibdir və eyni sistemlə işləyir.Ancaq beyin öz-özünə fikir yarada bilməz.Beyin deyərkən, hər hansı insanın həyatı boyunca oxuyub eşitdiyi informasiyanın təsirində fikirləşəcəklərini düşünür.Hər insanın beyninin düşündükləri o insanın həyatı boyunca öyrəndiyi bilgidən ərsəyə gəlir.
 
Ağıl doğuşdan sahibləndiyimiz bir bacarıq deyil.Ağıl işləməyə başlayanda fikrin hərəkətə gətirilməsidir.Yəni düşünmək ağlı işlətməyin ən yaxşı yoludur.Məntiqli düşünmək ağlın doğru işlədiyini göstərir.Ağıl bizə təqdim olunanlara (fikirlərə,hadisələrə və s) cavab tapmaqdır.
 
Ağıl nə qədər güclüdürsə, idealogiya da  o qədər güclüdür.O düşünmə,bilgi və davranışların əksidir.Bu bir nəzəriyyə deyil, həm də praktikada özünü göstərir.Məsələn,çətin bir tapşırıq  həll edib cavabını tapmaq ağılın fəaliyyətidir.
 
Ağıl-doğru düşünmə , düzü səhvdən  ayırmaq qabiliyyətidir.Qısası insanın düşünə bilməsi,davranışları ağlın gücüdür.
 

ŞƏRH YAZIN