Bəhanələri Həyatınızdan Uzaqlaşdırın!

0
2751
Bəhanələri Həyatınızdan Uzaqlaşdırın!

Bəhanələr həyatımızın bir hissəsidir. Bunun başqa bir adı tənbəllikdir. Bəzən bir şeyi etmək istədikdə kefimiz və ya həvəsimiz olmur , bir bəhanə tapıb o işi görmürük. Elə insanlar varki oturduğu yerdən durmaq istəmir. Belə insanlar daha çox bəhanələr gətirir. Hətta yalan belə danışırlar.

Biz əslində özümüzü aldadırıq. Bir sənədi yazmadıqda davamı gəlir və bir gün görürük ki,artıq onlarca sənədlər yığılıb qalıb. Vaxtında işi həll etsəniz sonradan çətinlik çəkməzsiniz. 
 
Çətinliklərin özünü sınayın. Nəyisə etmək lazım olduğunuzda bəhanə gətirmək yerinə o işi görün. bəhanələr qoymayın ki , sizi tənbəlləşdirsin. 
 
Bəhanələrlə yaşasaz özünüzü aldatmış olacaqsınız. Əziyyət çəkməsəz işin  bəhrəsini görməzsiniz . Allahın da bildirdiyi kimi hər insan çalışdığının qarşılığını görər.
 

ŞƏRH YAZIN