Qəhvənizi necə alardınız?

0
3349
Qəhvənizi necə alardınız?

Bir qrup tələbə, təqaüdə çıxmış keçmiş müəllimlərini ziyarətə getmişlər. Iş və problemlərindən söhbət açmışlar. 

Müəllim, iş həyatında hər biri əhəmiyyətli yerlərə gəlmiş keçmiş tələbələrinə, qəhvə təklif etmək üçün mətbəxə gedir. Bir az sonra, müxtəlif ölçü, rəng və keyfiyyətdə bir çox fincanın olduğu bir nimçəylə geri dönür. Kimi farfor, kimi keramika, kimi şüşə, kimi plastik olan fincanları və qəhvə termosunu masaya qoyub, qəhvələrini oradan almalarını söyləyir. Bütün tələbələr, qəhvələrini alıb əyləşdiklərində, müəllimləri onlara bunu söyləyir:
 
"Fərqinə vardınızmı bilmirəm. Zərif görünüşlü, gözəl, bahalı fincanların hamısı alındı, masada yalnız ucuz və sadə görünüşlü fincanlar qaldı. Əlbəttə ki, özünüz üçün ən gözəlini istəmək və onu almaq çox normaldır, amma bu az əvvəl bəhs etdiyiniz problemlərinizin və stressin səbəbidir. Hamınızın istədiyi fincan deyil, qəhvə ikən, şüurlu olaraq hər biriniz bir-birinizin davranışını izləyərək, daha yaxşı olan fincanları almağa çalışdınız. 
Əgər həyat qəhvədirsə, iş, pul və mövqe fincandır. Bunlar yalnız həyata tutunmağa yarayan vasitələrdir, amma həyatın keyfiyyəti bunlara görə dəyişməz.
 
Bəzən yalnız fincana o qədər çox fokuslanırıq ki, içindəki qəhvənin zövqünü yaşamağı unuduruq... "
 

ŞƏRH YAZIN