Xoşbəxtliyin Rəsmi...

0
3981
Xoşbəxtliyin Rəsmi...

Özümüzü evlənəndə, bir körpə sahibi olanda və ya daha sonra nələrsə olduqda həyatın daha gözəl olacağına inandırmışıq. Yüksək maaşlı iş tapsaq, yeni, daha geniş bir ev alsaq, bir avtomobilimiz olsa, tətilə çıxsaq, sonunda təqaüdçü olsaq... həyatın daha yaxşı olacağını düşünürük. Gerçək budur ki, xoşbəxt olmaq üçün bu andan daha yaxşı bir an ola bilməz. Indi deyilsə, nə vaxt? Həyatınız həmişə çətinliklərlə dolu olacaq. Bütün bunlara baxmayaraq çətinlikləri qəbul edib, xoşbəxt olmağa qərar vermək ən yaxşı seçimdir.

Xoşbəxtlik nədir?
Uzun bir müddət zənn etdim ki, yeni həyat başlayacaq. Gerçək həyat. Lakin yolda həmişə bir maneə vardı, bitiriləcək bir iş, aşılması lazım olan bir çətinlik, unudulacaq xatirələr, veriləcək əlavə zaman, ödəniləcək bir hesab... Sonra başlayacaq həyat.
Nəhayət anladım, bu maneələr həyatın özü idi. Bu baxış tərzi, mənim xoşbəxtliyə ayrıca bir yol olmadığını anlamağıma köməkçi oldu. Yol –  xoşbəxtliyin özü idi. Yəni, yaşadığınız hər gözəl anın dadını çıxarın.
 
Xoşbəxt olmağa qərar vermək üçün: məktəbin bitməsini, məktəbə geri dönməyi, beş kilo arıqlamağı, beş kilo kökəlməyi, işə başlamağı, evlənməyi, cümə gecəsini, bazar sabahını, bir avtomobil almağı, avtomobil yeniləməyi, ev ipotekasının bitməsini, yayı, yazı, payızı, qışı, ayın birini, ya da on beşini, radioda sevimli musiqinizin çalmasını, ölməyi, ya da yenidən doğulmağı gözləməyin...
Xoşbəxtlik bir səfərdir, uzun və ya qısa fərq etməz, müddəti bizə məlum olmayan bir səhayətdir, çatdığınız nöqtə deyil, getdiyiniz yolda yaşadıqlarınız həyatın özüdür. Xoşbəxt olmaq üçün ən yaxşı zaman İndidir !!! Anı yaşayın və doya – doya dadını çıxarın.

Xoşbəxtlik nədir?
İndi aşağıdakı sualları düşünüb cavablamağa çalışın:
1. Dünyadakı ən zəngin 5 adamın adını söyləyin.
2. Ən son seçilən 5 dünya gözəlinin adını söyləyin.
3. Son 10 nobel mükafatını kimlər qazandı?
4. “Ən yaxşı kişi oyunçu Oskar mükafatını” ən son hansı 10 oyunçu aldı?
Cavab verə bilmədiniz mi? Çətin idi, deyil mi? Fikir eləməyin, onsuz da heç kim bunları xatırlamır.
 
Alqışlar sönər!
Mükafatlar tozlanar!
Qaliblər tez unudular!
 
İndi də bu sualları cavablayın:
1. Təhsilinizdə çox əməyi keçən 3 müəlliminizin adını söyləyin.
2. Lazım olduğunda yanınızda olmuş 3 dostunuzun adını söyləyin.
3. Sizə xüsusi olduğunuzu hiss etdirən bir neçə adam düşünün.
4. Birlikdə vaxt keçirmək istədiyiniz 5 adamın adını söyləyin.
Bunları cavablamaq daha asan idi, elə deyilmi?
 
Həyatınızda mənası olan kəslər "ən yaxşı" olaraq dərəcəyə girmiş olanlardır, ən çox pulu olan, ya da ən böyük mükafatları alanlar deyil... Sizi sevən, sizə diqqət yetirən, nə olursa olsun yanınızda olanlar. Bir an düşünün. Həyat çox qısadır... Bəs siz, hansı siyahıdasınız? Bilmirsinizmi?
 
Bir müddət əvvəl, Seattle olimpiadalarında, zehni və fiziki əngəlli doqquz atlet, 100 metrlik bir yarışın başlama nöqtəsində dayanmışdılar. Tapança atıldı və yarış başladı. Hamısı qaça bilmirdi, amma hər kəs iştirak etmək və qazanmaq istəyirdi. Üçlü qruplar şəklində qaçırdılar. Bir uşaq ilişdi və yıxıldı, bir neçə dəfə diyirləndi və ağlamağa başladı. Digər səkkizi onun ağladığını eşitdi. Yavaşlayıb arxalarına baxdılar. Dayandılar və geri gəldilər... Hamısı... Daun sindromlu bir qız, uşağın yanına oturdu, qucaqladı və soruşdu: "İndi özünü daha yaxşı hiss edirsənmi?" Sonra, doqquzu birlikdə çiyin-çiyinə bitmə xəttinə doğru getdi. Izləyicilər ayağa qalxdı və alqışladı. Alqışlar uzun müddət davam etdi... Bu hadisəyə şahid olanlar hələ də bunu anlamağa çalışırlar. Nə üçün?
 
Çünki, ürəyimizin dərinliklərində hamımız bilirik ki, həyatda ən əhəmiyyətli şey özümüz üçün nələrsə qazanmaq deyil, digərlərinin qazanmalarına kömək etməkdir. Bu, yavaşlayıb, öz yarışımızın nəticəsini dəyişdirmək mənasına gəlsə belə... 
 
Bir az düşünün, xoşbəxtlik baxdığımız hər gözəl mənzərədə, aldığımız hər nəfəsdə, oyandığımız hər sabahda, günəşin batmasında, biz yetişkinlərdən fərqli olaraq bitib – tükənməyən xəyalları olan uşaqların sevinc dolu baxışlarında və heç cür görə bilmədiyimiz kiçicik fürsətlərdə varkən biz insanlar niyə hər şeyi özümüz üçün bu qədər çətinləşdiririk..? 
 

ŞƏRH YAZIN