Həyata Qarşı Mübarizə Aparmağımız Lazımdır.

0
3176
Həyata Qarşı Mübarizə Aparmağımız Lazımdır.

Bir qız atasına onun necə çarəsiz olmasından şikayətlənir və o bilmir ki , problemləri necə həll etsin . O hər zaman mübarizə aparmaqdan,problemlərlə boğuşmaqdan yorulmuşdu .Sanki bir problem həll olunur , ancaq tezliklə  başqa bir problem üzə çıxır .

Qızın atası isə aşpaz olur. Bir gün onu mətbəxə aparır . O üç qab götürür , onu su ilə doldurur və yüksək dərəcəli bir ocağa qoyur. Dərhal qabdakı sular qaynamağa başlayır . Ata birinci qaba  kartof , ikinci qaba yumurta və üçüncü qaba isə kofe dənəcikləri qoyur. Sonra o , qızına heç bir söz demədən oturur və onların qaynamağını gözləyir . 
 
Qız şikayətlənir və atasının nə etməyini maraqla gözləyir . Ata bir xeyli keçəndən sonra ocağı söndürür . O , qabdan kartofları çıxardır və onları bir boşqaba qoyur.Sonra yumurtaları çıxardır və bir qaba qoyur. Ən sonda kofeni qabından çıxarıb götürür və onu fincana qoyur . 
 
Və qızına çevrilərək soruşur :” Qızım , nə görürsən ?” 
O cəld cavab verir:“ Kartoflar , yumurtalar və kofe”  
Ata : “Yaxın gəl və kartoflara əlinlə toxun “ deyir. Qız atasının dediyini edir və görür ki , kartoflar yumşaqdı . 
Sonra ata yumurtanı götürməyi və onu sındırmağı qızından xahiş edir . Qız onun qabığını soyandan sonra yumurtanın necə bərk olduğunu görür . 
 
Sonunda, ata kofedən bir qurtum içməyi xahiş edir . Kofenin ətirli qoxusu qızın üzünün gülümsəməyinə səbəb olur. 
Qız soruşur: “ Ata , bu nə deməkdir ? ”
Ata izah etməyə başlayır: “Kartof , yumurta və kofe – onların üçü də eyni halla – suda qaynadılar , lakin onların hər birinin reaksiyası fərqli oldu”. 
 
Kartof əvvəlcə bərk və möhkəm idi , ancaq o suda qaynayandan sonra yumşaq və kövrək oldu . Yumurta suya qoyulana kimi daxilindəki mayeni qoruyan nazik qabıqlı  və kövrək  idi . Sonra onun daxili daha möhkəm oldu . Ancaq kofe dənəcikləri özünə məxsus hal aldı . Onlar qaynar suya məruz qaldıqdan sonra suyu dəyişdilər və yeni bir şey yaratdılar . 
Ata qızına :“ Sən bunlardan hansısan ? Uğursuzluq sənin qapını döyəndə sən necə cavab verəcəksən ? Sən bir kartof , yumurta, və ya kofe dənəciyi olacaqsan ?” 
 
Həyatda ətrafımızda bizim bilmədiyimiz o qədər çox şey baş verir ki...Sadəcə biz bunları görmürük,bunlardan xəbərdar olmuruq.Amma ən əsası biz bildiyimiz zaman bizim onlara  necə reaksiya göstərməyimiz və bundan nə məna çıxartmağımızdır.
 
Və unutmayın həyatda hər zaman problemlərlə vuruşmaq, mübarizə aparmaq  və daima dik durmaq lazımdır.Bu həyatın bir qanunudur.
 

ŞƏRH YAZIN