Adamın Dörd Oğluna Verdiyi Vacib Bir Dərs

0
2870
Adamın Dörd Oğluna Verdiyi Vacib Bir Dərs

Bir zamanlar dörd oğulu olan bir adamın uşaqlarının çox  tez  qərar verməməkləri  və bir şeyi görmədən fikir bildirməmələri üçün onları bu mövzuda öyrətmək istəmiş.  

Beləliklə hər birini uzaq bir yerdə duran ağacın yanına göndərib  onu seyr etmələrini istəmiş.İlk oğlan qış fəslində gedib,ikincisi yazda ,üçüncüsü yayda,dördüncüsü isə payızda gedib. Geri qayıtdıqlarında hər birini bir yerə toplayıb  və nə gördüklərini soruşub. 
 
İlk oğlan ağacın çox eybəcər,yaşlı və çox quru göründüyünü deyib. 
 
İkinci oğlan etiraz edərək yaşıllıqlarla dolu olduğunu və canlı olduğunu söyləyib.
 
Üçüncü oğlan  isə başqa fikirdə olub.Çiçəklərinin olduğunu və hiss edilən ətri ilə və  gözəl görünüşü ilə çox möhtəşəm olduğunu daha əvvəl belə  bir şey görmədiyini etiraf edib . 
 
Dördüncü oğlan heç birinin haqlı olmadığını və ağacın meyvələrlə dolu  olduğunu, capcanlı və  həyat dolu olduğunu vurğulayıb.
Qoca adam oğullarına hər birinin  haqlı olduğunu  söyləyib . Çünki  hər biri ayrı-ayrı fəsillərdə  ağacı görməyə getmişdilər.Onlara bir ağacı və ya hər hansı bir şeyi , qısa bir vaxtda  və ya başqa bir fəsili tanıdıqdan sonra fikir bildirə bilməyəcəklərini izah etməyə çalışıb. Ya da nəyəsə sahib olub olmamaqlarını ....
 
Bu sözlərlə nəsihətini tamamlayıb.
 
Necə olub-olmadığını yalnız sonunda  dörd fəsili gördükdən sonra  qərar verə bilərsiz . Əgər qışdan imtina etsən yazın nemətlərindən məhrum olarsan  yayın gözəlliyindən  və payızın bütövlüyündən də həmçinin .Bir fəsili digər fəsillərdən ayırmağa çalışmayın.
 
Həyatınızı bir fəsilə görə qiymətləndirib mühakimə etməyin .
 
Unutmayın ki  irəlidə  indiki vaxtınızı  axtara bilərsiniz və ya daha da gözəl  günlər də yaşaya bilərsiniz.  
 

ŞƏRH YAZIN