Hər birimiz lap uşaq yaşlarından indiki dövrə kimi nələrisə arzulayaraq böyümüşük. Hansı diləyimiz gerçəkləşsə belə qəlbimizdə mütləq yeni – yeni arzular baş qaldıracaq. Bir çoxumuz istədiyimizi sadəcə arzulamaqla kifayətlənər, lakin, arzuya doğru heç bir addım atmarıq. Hərdən elə olur ki, bizim arzu etdiklərimiz yox, tam əksi gerçəkləşir, biz isə buna görə başqalarını günahlandırır, hətta Yaradana belə qarşı çıxırıq. Düşünürük ki, həyat bizə qarşı çox ədalətsiz davranır. Lakin bu düşüncə yanlışdı. Arzularımızın reallaşmamasının əsas səbəbkarı özümüzük. Sadəcə olaraq mövzuya düzgün yanaşmaq və arzularımızı düzgün qurmaq lazımdır. Bəs necə arzulamalıyıq?
• Sizin arzunuz ilk növbədə real və reallaşmağa az da olsa ehtimal olmalıdı. Həmçinin öncədən düşünmək lazımdı: siz bunu həqiqətən istəyirsinizmi? Bəzən arzu etdiklərimiz, bir o qədər də vacib və həyat əhəmiyətli olmur. Boş yerə demiyiblər ki, "Nə dilədiyinizə diqqət edin, reallaşa bilərlər". Buna görə də arzuladığınız şeyi düşünün.
• Arzuya çatma müddəti də uzun olmamalıdı. 5-10 ildən sonra reallaşmasını istədiyiniz bir şeyi arzu etmək mənasızdı. Çünki həmin vaxt həyatınızın necə olacağını siz bilmirsiniz. İcrası əvvəldən düşünülmüş arzu sizə gələcəkdə lazım olmayacağı kimi hətta neqativ nəticələrə də səbəb ola bilər. Bir sözlə, bu günlə yaşayın və hal hazırda aktual olan məsələlərlə məşğul olun. Öz arzularınızda “Yox”, “İstəmirəm” kimi sözlərdən istifadə etməyin. Ona görə ki, beynimiz neqativ notları qəbul etmir. Ümumiyyətlə, hər zaman pozitiv düşünmək lazımdı. Bu səbəbdən arzularınızdan bütün neqativ fikirləri uzaqlaşdırın. “Kasıb olmaq istəmirəm, kökəlmək, tənha olmaq istəmirəm...” fikirlərindənsə “varlı olmaq istəyirəm, düzgün qamətli, xoşbəxt olmaq istəyirəm...” və s. fikirlərini formalaşdırın. Qısaca, nə istəmədiyinizi deyil, nə istədiyinizi düşünün.