Uğur Yolunda Səbr Və Qərarlılıq Nümunələri

0
4192
Uğur Yolunda Səbr Və Qərarlılıq Nümunələri

"Biz, yuxuların üzərinə bina ucaldılan materiallardan ibarətik" deyən Uilyam Şekspir nə qədər gözəl söyləmiş. Həqiqətən tarix qalereyası, gördükləri yuxuların həqiqət olması üçün qorxmadan, bezmədən, səbrlə çalışıb müvəffəqiyyətə çatan qərarlı insan portretləri ilə doludur.
 
Məhz həyat təcrübələrində səbr və qətiyyətin meyvəsini yığanlardan bir neçə nümunə:
 
Londondakı məşhur British Muzeyində Thomas Grey "Elegy Written in a Country Churchyard" başlıqlı şeirinin yetmiş beş ayrı surəti ifşa edilir. Grey üç, beş, on dəfə deyil, sözləri, misraları 75 dəfə dəyişdirib yazdıqdan sonra şeirinin gözəl olduğuna qərar verib qane ola bilmişdir.
 
İngilislərin böyük şairi Con Milton, "Paradise Lost" (İtirilmiş Cənnət) adlı monumental əsərini yazdığı zaman tamamilə kor idi. Milton bu gözəl kitabı yazarkən katibliyini qızları edirdi. Qızlar təkcə atalarının dikdə etdiyi sözləri yazmaqla qalmırlar, onun danışmaq istədiyi yazıçıların kitablarını da oxuyub atalarına yardımçı olmağa çalışırdılar.
 
Corc Bancroft, "The History of the United States" (Birləşmiş Amerikanın Tarixi) adlı böyük əsərini 26 illik əziyyətli bir əməkdən sonra tamamladı.
 
Amerika İngilis Dilinin özünəməxsus bir canlılıq qazanmasında mühüm rol oynayan amerikalı lüğət müəllifi Noah Webster 1807-ci ildə ingilis dilinin ən böyük lüğəti olan "American Dictinory"-ni nahardan yazmağa başlamışdır. Kitab 1928-ci ildə, yəni Websterin 70 yaşında dərc olunmuşdu.
 
Orta sinif realist teatrının yaradıcılarından, tamaşanın müəllifi və roman yazarı Aleksandr Düma, çox çalışqan velud bir yazıçıydı. Düma 40 il ərzində gündə 16 saat yazmışdır.
 
Məşhur Fransız roman yazarı Viktor Hüqo , "Notre Dame de Paris" adlı kitabını yazmağa başlayanda, əsərinə intensivləşib onu tamamlamaq üçün bütün geyimlərini bir sandığa qoydu və bir dostuna verdi və ona kitab bitmədən onları gətirməməsi üçün sıx-sıx tənbeh etdi. 
 
Franklin D. Ruzvelt gəncliyində uşaq iflicinə tutulmuşdu və yerimirdi. Amma bu vəziyyət onun üçün bir maneə təşkil etmirdi. Və Ruzvelt əzmi sayəsində dörd dəfə ard-arda Amerika Prezidenti seçilib.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN